“Sinkopal” boğulma 5-10% hallarda, əsasən uşaqlarda və qadınlarda müşahidə edilir.
Sinkopal boğulma suda batmazdan əvvəl emosional şok (hündür yerdən suya yıxılma), dəriyə
çox soyuq suyun təsirindən olan hidroşok, yaxud larinqofaringeal şok (yuxarı tənəffüs yollarının
soyuq su ilə qıcıqlanması nəticəsində) vəziyətində olan şəxslərdə olur. Bu cür boğulmanın
xarakterik xüsusiyyəti ilkin olaraq klinik ölümün baş verməsidir. Xəstənin rəngi kəskin avazımış,
solğun olduğundan belə ölüm “solğun ölüm”, boğulma isə “solğun boğulma” adlanır. Tənəffüs
yollarından heç bir maye xaric olmur. Xəstənin bəbəkləri genəlir, işığa qarşı reaksiyası olmur,
tənəffüs keçirilmir, ürək fəaliyyəti dayanır. Klinik ölüm müddəti 6 dəq-dən çox olur.
Suda batan insanı xilas edərkən ona arxadan yaxınlaşıb, onun qoltuqaltı nahiyəsindən, yaxud
saçlarından yapışaraq arxası üstə çevirirlər ki, ağciyərlərinə su daxil olmasın. Sonra boğulan
şəxsin başını sudan çıxararaq ona “ağızdan- buruna” olmaqla süni tənəffüs verirlər.
Boğulan adam sudan çıxarıldıqdan sonra onu yardım göstərən şəxsin bükülmüş dizi üstə başı döş
qəfəsindən aşağı olmaqla qoyulur, bir parça dəsmalla ağız boşlugu sudan, qusuntudan və
yosunlardan təmizlənir. Sonra döş qəfəsinin yan tərəflərindən hər 2 əllə ritmik sıxıb buraxmaqla
traxeya və bronxlara dolmuş suyu oradan çıxarırlar. Boğulan uşaq olarsa onun hər 2 ayağından
tutub başı aşağı sallamaqla tənəffüs yollarını sudan azad edirlər. Yalnız bundan sonra
təxirəsalınmaz tibbi yardım göstərilir.
- əgər zərərçəkmiş şəxsin huşu üstündə olarsa islanmış paltarlar çıxarılır, zərərçəkmiş şəxs
qızdırılır, ona quru paltar geyindirilir, isti çay, qəhvə verilir, göstəriş olduqda ürək-damar
dərmanları (2 ml kordiamin, 1 ml 1-% kofein) yeridilir
- zərərçəkmiş şəxs huşsuz olarsa
- xəstənin huşu olmayıb, ürək fəaliyyət göstərib, tənəffüsü sərbəst keçirildiyi təqdirdə, xəstə
arxası üstə yerə uzaılıb, paltarları çıxarılır, bədəni ovuşdurulur, aşağı və yuxarı ətrafları massaj
edilir
- həmin şəxsə naşatır spirti iylədilir
- imkan varsa xilas olmuş şəxsə O2 inhalyasiyası verilir
- 2,0 ml kordiamin, yaxud 1,0 ml 1% lobelin, ya da 1,0 ml 5% efedrin və venaya 20-40 ml 40%-
li qlükoza yeridilir
- əgər huş bərpa olunmayıb, tənəffüs pisləşərsə, zərərçəkmiş şəxsə əlavə olaraq 2 ml 10% -li
kofein, yaxud 2 ml kordiamin vurulur
- zərərçəkmiş şəxs termonal vəziyyətdə olarsa zərərçəkmiş şəxsin paltarları ya çıxarılır, ya da
yaxası açılır ki, döş qəfəsini sıxmasın və sonra ağız boşluğu açılaraq ora salınmış barmaqlarla
yuxarı tənəffüs yollarının keçiriciliyi qumdan, sudan, yosunlardan, qusuntu kütlələrindən
təmizlənməklə bərpa edilir
- ağciyərlərə dolmuş su yuxarıda göstərilən üsulla xaric edilir
- dərhal eyni vaxtda süni tənəffüs və ürəyin qapalı massajına başlanılır
- ürək-ağciyər reanimasiyası ya tənəffüs və ürək fəaliyyəti bərpa olanadək, ya da meyit
əlamətləri meydana çıxana qədər inadla, səbrlə və enerjili surətdə davam etdirilməlidir;
- şərait olduqda xəstə intubasiya edilir və ağciyərlərin süni ventilyasiyası aparılır, O2 verilir,
elektrokardioqramma çəkilir, defibrillyasiya olarsa, ürəyin defibrillyasiyası aparılır
- təcili yardım çağırılır
- ürəyin qapalı massajı müsbət nəticə vermədikdə həkim tərəfindən ürək daxilinə 10 ml 10%-li
kalium-xlorid, 0,5-1,0 ml 0,05%-li strofantin və 0,5-1,0 ml 0,1%-li adrenalin yeridilir
- xəstədə tənəffüs bərpa olduqdan sonra ona tənəffüs mərkəzini oyadan dərmanlar (1 ml 1%-li
lobelin, yaxud 5 ml 0,5%-li bemeqrid, yaxud 2 ml kordiamin) vurulur
- vena daxilinə 400-500 ml 4%-li natrium-bikarbonat, 15-30 mq prednizalon, yaxud hər kq
çəkiyə 2-4 mq olmaqla deksametazon yeridilir
- bronxospazmı aradan götürmək üçün venaya 2 ml 2,4% -li eufillin məhlulu vurulur
- zərərçəkmiş şəxs xəstəxanaya-reanimasiya şöbəsinə çatdırılır
Dostları ilə paylaş: |