Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


Mövzu 2  Ağ ciyər, ürək reanimasiyası



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə10/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   6   7   8   9   10   11   12   13   ...   108
Mövzu 1 1

Mövzu 2 

Ağ ciyər, ürək reanimasiyası 

Xəstəni terminal vəziyyətdən-klinik ölümdən çixartmaq üçün görülən təxirəsaliınmaz tibbi 

tədbirlər kompleksi olan reanimasıyanın (reanimasiya-yenidən canlandırma) əsas vəzifəsi 

hipoksiya ilə mübarizə aparmaq və orqanizmin sönmüş (və ya sönməkdə olan) funksiyalarını 

bərpa etməkdən ibarətdir.  

     Bütün ölüm hallarında ilkin dövrdə klinik əlamətlərin triadası aşkar edilir:  

     1. ürəyin dayanması-asistoliya 

     2. tənəffüsün olmaması-apnoe 

     3. huşun itməsi-koma 

Yardım göstərən şəxs qəfil ürəyi və ya tənəffüsü dayanmış, yaxud huşu itmiş xəsarət almış 

insanda minimal da olsa həyat əlamətləri aşkarlayarsa, dərhal reanimasiya tədbirlərinə 

başlamalıdır:  

Həyat əlamətləri bunlardır:  

- ürək döyünmələrinin olması. Bu məqsədlə 1 əli, yaxud qulağı döş qəfəsinin sol yarısına–döş 

vəzisi olan yerə qoyurlar;  

- arteriyalar üzərində nəbzin ələnməsi-nəbzi mil, ağır hallarda boyunda yuxu və ya bud arteriyası 

üzərində təyin edirlər;  

- tənəffüsün olması-bunu döş qəfəsinin və qarının hərəkəti, ağıza və buruna tutulmuş güzgünün 

tərləməsi və burun dəliklərinə yaxınlaşdırılmış pambıq parçasının hərəkəti əsasında təyin edirlər;  

- bəbəklərin işığa qarşı reaksiyasının olması-gün işığında gözün birini əllə tutub, bir qədər 

saxladıqdan sonra qəflətən əli kənara çəkir və bu zaman bəbək daralır. Gecə isə fənərin işığını 

gözə salır və bu zaman işığa qarşı bəbəklərin daralması baş verir.  

Ürək döyünmənin, tənəffüsün, bəbəklərin işığa qarşı reaksiyasının olmaması və iynə batırdıqda 

heç bir cavab reaksiyası alınmaması ölümün şübhəli əlamətləri sayılır və bu əlamətlər klinik 




ölüm vəziyyətində də ola bilər, belə hallarda təxirəsalınmaz reanimasiya tədbirləri aparılmalıdır. 

Beyin qabığı hüceyrələri oksigen aclığına çox həssas olduqlarından hipoksiyaya 5-6 dəq dözə 

bilirlər. Ona görə də bu müddətdən sonra beyin hüceyrələri sıradan çıxır (dekortikasiya) və beyin 

ölümü baş verir, yəni klinik ölüm bioloji ölümə keçir.  

Bioloji ölüm həyat fəaliyyətinin geridönməz şəkildə dayanmasıdır, orqanizmin canlı sistemi 

fəaliyyətinin son mərhələsidir.  




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin