Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


Reanimatologiyaya giriş. Həkiməqədər ilk təcili və təxirəsalınmaz yardımın



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə4/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   2   3   4   5   6   7   8   9   ...   108
Mövzu 1 1

 Reanimatologiyaya giriş. Həkiməqədər ilk təcili və təxirəsalınmaz yardımın 

təşkili 

     Reanimatologiya – terminal vəziyyətdə olan orqanizmin kompleks müalicəsi ilə məşğul olan 

elmdir. Reanimatologiya kliniki ölüm vəziyyətində olan orqanizmin həyata qaytarılması 

üsullarını və problemlərini öyrənir. Latın dilində «Re»-geri qaytarmaq, «animos»-canlı 

orqanizm, «loqos»-elm mənasını verir. Terminal vəziyyətdə orqanizm ölümlə həyat arasındakı 

sərhəddə olur. Bu vəziyyətdə olan xəstəyə düzgün və tam həcmdə tibbi yardım göstərilərsə, onu 

həyata qartarmaq imkanı yaranır. 



 


Zərərçəkmiş insana hadisə yerində, yaxud qəflətən ağır xəstələnmiş şəxsə onun yatağında və 

xəstəxanaya nəql olunarkən yolda göstərilən təxirəsalınmaz tibbi yardım tədbirləri kompleksinə 

ilkin tibbi yardım deyilir. Bədbəxt hadisəyə məruz qalmış, yaxud həyat üçün təhlükə törədən 

qəfləti ağır xəstəliyə düçar olmuş insanların hamısına təxirəsalınmaz ilkin tibbi yardım 

göstərilməlidir.  

Ətraf mühit faktorlarının insan orqanizminə qəfləti təsirindən hər hansı bir üzvün anatomik 

tamlığının, yaxud onun funksiyasının pozulması bədbəxt hadisə adlanır. İlkin tibbi yardımın 

göstərilməsində əsas məqsəd bədbəxt hadisə nəticəsində zərərçəkmiş, yaxud qəfləti ağır xəstəliyə 

düçar olmuş şəxsin həyatını qoruyub saxlayaraq onun halının ağırlaşmasına yol verməməklə, bu 

insanın sağalması üçün aparılacaq sonrakı müalicəyə şərait yaratmaqdan ibarətdir. 

Ağır xəstələrdə terminal hallara-ölümlə həyat arasında olan bir vəziyyətə tez-tez təsadüf olunur 

(terminus-sərhəd, hüdudlanma deməkdir). Aterial təzyiqin katastrofik enməsi, qaz mübadiləsi və 

metobolizmin dərin dəyişikliklərlə birgə orqanizmin həyat fəaliyyətinin kritik səviyyədə 

enməsinə terminal hal deyilir. Terminal hallar müxtəlif travmalar, yanıqlar, elektrikvurma, 

kəskin qanitirmə, şok, suda boğulma, mexaniki asfiksiya, miokard infarktı və digər patoloji 

proseslər, bədbəxt hadisələr zamanı meydana çıxır. İnsanın ölümündə dinamik olaraq bir- birinin 

ardınca gələn bir neçə proses ayırd edilir, ürək fəaliyyətinin, qan dövranının və tənəffüsün 

dayanması, baş beyinin fəaliyyətdən düşməsi, huşun itməsi, bəbəklərin genəlməsi, predaqoniya, 

terminal fasilə, aqoniya, klinik və bioloji ölüm.  

Terminal hallarda 4 mərhələ ayırd edilir:  

  predaqoniya  



  terminal fasilə  

  aqoniya  



  klinik ölüm 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin