Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


Maska ilə aparılan süni tənəffüs



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə40/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   36   37   38   39   40   41   42   43   ...   108
Mövzu 1 1

     Maska ilə aparılan süni tənəffüs:  

a) arxası üstə uzanmış şəxsin ağzı və burnu üzərinə maska qoyulur və 1 əllə sifətə bərk sıxılır.  

b) xəstənin başı bir qədər geri əyilir, digər əllə içərisində hava olan Ambu kisəsi sıxılmaqla hava 

döş qəfəsi qalxana kimi ağciyərlərə qovulur.  

c) sonra kisənin sıxılması dayandırılır ki, nəfəsvermə olsun;  

d) bu qayda ilə dəq-də 16-20 dəfə süni tənəffüs verilir. 



     İntubasiya borusundan istifadə etməklə ağızdan-buruna olmaqla süni tənəffüs  

a) arxası üstə uzadılmış xəstəni larinqoskopun köməyilə ağızdan intubasiya edirlər, yəni 

intubasiya borusunu traxeyaya yeridirlər;  

b) sonra intubasiyanı aparmış həkim dərindən nəfəs alaraq havanı intubasion borunun çöldə 

qalmış ucundan xəstənin ağciyərlərinə qovur;  

c) sonra borunun ucundan ağzını çəkir ki, nəfəsvermə olsun.  

Bu qayda ilə xəstəyə 1 dəqiqədə 16-20 dəfə süni tənəffüs verilir.  

 

Stenoz, difteriya, yalançı inaq, həşərat dişlədikdə, qırtlağın reaktiv ödemi və s. zamanı olan 



daralma təsadüflərində, əksərən uşaqlarda tətbiq olunur. İntubasiyanı etmək üçün xəstəni 

oturdur, sol əlin qırtlaq girəcəyinə qədər daxil edilən şəhadət barmağı üzrə xüsusi alətin, yəni 

intubatorun köməyilə boş metal borunu yeridir və onu qırtlaqda qoyurlar. Əgər boru qırtlağa 

düşmüşsə, öskürək əmələ gəlir və boru vasitəsilə xarakter fışıltılı küyə malik tənəffüs baş verir. 




Çıxarılması asan olmaq üçün intubasiya borusuna əvvəlcə ipək sap bağlayır və onun sərbəst 

ucunu plastır ilə yanağa təsbit edirlər. Qırtlaqda sürtünmə yarası əmələ gəlməsin deyə, borunu 

24-36 saatdan sonra çıxarmaq lazım gəlir. İntubasiyanın daha bir qüsuru odur ki, həkim daim 

növbə çəkməlidir, çünki öskürək və qusma zamanı boru asanlıqla qopub çıxa bilir. 

Traxeotomiyaya nisbətən o bir sıra üstünlüklərə tez qoyulması və köməkçilərin az olmasına 

malikdir.  

Qırtlağın intubasiyası üçün alətlər dəsti: ağızgenəldən, intubator, ekstubator, müxtəlif diametrli 

intubasiya boruları və s. 

 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin