Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə114/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   110   111   112   113   114   115   116   117   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 94 
Ġshal-sutkada 2 dəfədən artıq duru bağırsaq möhtəviyyatının ifrazıdır. İshal bağırsaqlarda 
möhtəviyyatın sürətli hərəkəti, su və duzların sorulmasının pozulması, bağırsaq divarında selik ifrazının 
artması nəticəsində baş verir. Kəskin ishal 2 həftəyə qədər, xroniki ishal 2 həftədən çox olub residivlərlə 
gedir. Aşağıdakı patoloji hallarda meydana çıxır:infeksion xəstəliklər, qeyri-spesifik iltihabi xəstəliklər 
(enterit, kolit ), şişlər, həzm fermenti çatmamazlığı, perstaltikanın pozulması, intoksikasiyalar, allergik 
xəstəliklər, qaraciyər, mədəaltı vəz xəstəlikləri, mübadilə pozğunluqları və s.
Qəbizlik-bağıraq boşalmasının 2-3 gün və daha çox ləngiməsidir. Əsas səbəbləri bulardır:bağırsaq 
hərəkətinin pozulması, defekasiya aktının zəifləməsi, möhtəviyyatın normal hərəkətinə mane olan şiş, 
çapıq, bağırsaq tutumu ilə möhtəviyyatın həcmi arasındakı uyğunsuzluq. Müddətinə görə qəbizlik kəskin 
və xroniki, səbəbinə görə-alimentar (qida ilə əlaqəli), nevrogen, reflektor, hipodinamik, iltihabi, toksiki, 
proktogen (düz bağırsaq xəstəliklərində), endokrin və s. ola bilər.
Səbəbləri müxtəlif olsa da qəbizliyin klinik şəkli eynidir:qarında küt ağrılar, dolğunluq hissi, qaz 
toplanması, başgicəllənmə, bəzən az miqdarda bərk nəcis ifrazı və bundan sonra rahatlığın yaranmaması. 
Uzun müddət davam edən qəbizlik düz bağırsaq xəstəlikləri, kolit, enterit, öd yolları xəstəliklərinə səbəb 
olur.
Meteorizm-qarında köpmə-bağırsaqların peristaltikasının ləngiməsi, həzm və sorulma proseslərinin 
pozulması nəticəsində bağırsaqlarda çoxlu qaz toplanır. Əsasən, nazik bağırsağın sonu, yoğun bağırsağın 
başlanğıc nahiyəsində iltihab olduqda (enterokolitlər, disbakterioz) meydana gəlir. Köpmə ilə yanaşı 
qarında qurultu, aşağı-yan tərəflərdə spazm şəklində ağrı müşahidə olunur. Yemək qəbulundan bir neçə 
saat sonra başlayıb ishal, qəbizlik, bəzən hər ikisinin növbələşməsi şəklində gedir.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin