Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 105 azaltmaq üçün v/d 300-400ml 40%-li qlükoza, ə/d 10-15 ml 25%-li MgSO
4
yeridilir. Tənəffüs mərkəzi
tormozlanarsa 10 ml 10%-li CaCl
2
məhlulu v/d axınla yeridilir. Qıcolma baş verərsə v/d 1 ml 2,5%-li
aminazin, d/a 1ml 1%-li morfin yeridilir, 50 ml 5%-li xloral-hidratla imalə olunur. Beyin ödemi ürək
çatmamazlığı ilə müşayət olunarsa v/d strofantin, kor-qlükon, eufillin, laziks vurulur. Tədbirlər nəticə
verməsə onurğa beyni punksiya edilərək 15-20 ml maye buraxılır.
Bütün bu tədbirlərlə yanaşı xəstəni lazımsız qıcıqlardan, parlaq işıq və səs-küydən qorumaq
lazımdır. Bunlar xəstəni eklampsiya komasından qoruyur. 2-3 gün tam ac və susuz qalan xəstəyə tədricən
şəkərli su, meyvələr, ödem və təzyiq azaldıqca isə duzsuz ağ çörək, yağ, xama, kartof, sıyıq, düyü verilir,
C vitamini vurulur.
Xəstədə böyrək yumaqcıqlarının iltihabi (qlomerulonefrit) olduqda tibb bacısı xəstəni dərisinə, ürək-
damar sisteminin vəziyyətinə nəzarət etməli, sidik ifrazına diqqət yetirməli, sutkalıq diurezi ölçməlidir.
Çünki belə xəstələrdə böyrək çatmamazlığı və azotemik uremiya (qanda qalıq azotun yüksəlməsi) baş
verir. Xroniki nefritli əstələrin ölümünə səbəb də elə budur.
Zimnitski sınağında sidiyin xüsusi çəkisinin aşağı olması və bunun sidiyin ayrı-ayrı posiyalarında az
fərqlənməsi gecələr sidiyin cox ifraz olunması-böyrək toxumasının zədələnməsini, yumaqcıqların
birləşdirici toxuma ilə əvəz olunmasının göstərir. Belə olduqda zülaldan pəhriz saxlamaqla yanaşı
dezintoksikasiya məqsədilə d/a və ya v/d damcı ilə 5%-li qlükoza, 0,85%-li NaCl məhlulu yeridilir.
Bədəndə suyu saxlamaq üçün NaCl-un hipertonik məhlulu da yeridilir.
Ürəkbulanma və qusmanın qarşısını almaq üçün ə/d atropin, aminazin, v/d serukal məhlulu yeridilir.
Qıcolmalarda v/d 10 ml 10%-li CaCl
2,
ə/d 10 ml 25%-li MgSO
4
yeridilir. Mədə-bağırsaq sistemindən ifraz
olunan azotlu şlakları xaric etmək üçün mədəni bir neçə dəfə yuyur, təmizləyici imalə qoyurlar. İçilən
suyu azaltmır, xörək duzunu isə sutkalıq 8 q-a qədər azldırlar. Bu tədbirləri vaxtında gördükdə uremik
komanın qarşısı alınınr.
Xəstəliyin remissiya dövründə xəstəyə vitaminlərlə zəngin tamdəyərli qida verilir. Spirtli içkilər qəti
qadağandır. Bu dövrdə başqa orqanlar tərəfindən əks-göstəriş yoxdursa xəstələr quru və isti iqlimli
kurortlarda müalicəni davam etdirə bilərlər.