Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə137/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   133   134   135   136   137   138   139   140   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 113 
MÖVZU 54 
 
QANAXMALAR 
 
Zədələnmələr nəticəsində damar divarının tamlığının pozulması və qanın damardan kənara axması 
qanaxma adlanır. Qanaxmalar daxili və xarici olmaqla iki yerə bölünür: 
Xarici qanaxma dəri və görünən selikli qişalardan zədə və ya patoloji proses nəticəsində baş verən 
qanaxmadır. Daxili qanaxma zədələnmiş damardan çıxan qanın anatomik boşluqlara və ya boşluqlu 
orqanlara toplanmasıdır. Bu növ qanaxmada əsas təhlükə dövr edən qanın həcminin azalmasıdır 
(hipovolemiya) . Hipovolemiya kiçik damarlarda qanın dövr etməsini ləngidir, mikrosirkulyasiya pozulur, 
arteriola və venulalarda mikrotromblaşma baş verir, qısa müddətdə həyati vacib orqanlarda qan təchizatı 
pozulur.
Xarici qanaxma 3cür olur:arterial, venoz, kapilyar qanaxma 
Arterial qanaxma-al rəngdə, təzyiq altında və çox sürətlə olur. Yaradan təkanvari qan fişqırır və 
laxtalanmanın yaranmasını çətinləşdirir. Bu cür qanaxmanın dayandırılması çətin olduğundan çox 
təhlükəlidir.
Venoz qanaxma-tünd rəngdə, nisbətən aşağı təzyiq altında olur. Yalnız bədənin dərinliyində olan 
(gövdənin, budun, baldırın) venalar zədələndikdə dayandırılması çətin olan güclü qanaxma baş verir.
Kapilyar qanaxma-ən geniş yayılmış qanaxma növüdür. Bu qanaxma aramla, qanayan səthdə 
toplanan çoxlu xırda qanlı damcılar çəklində təzahür edir. Bu zaman qan asan laxtalanır.
Bundan başqa qanaxmalar zədələnmələrin əlaməti şəklində də həm xarici, həmdə daxili qanaxma 
formasında meydana çıxa bilər.
Qanaxma yerli əlamətdən (qanın yaradan axması) baĢqa bir sıra ümumi əlamətlərə də 
malikdir: 
-narahatlıq və yorğunluq 
-zəif və sürətli nəbz 
-dərinin solğun, soyuq tərlə örtülməsi 
-tənəffüsün tezləşməsi
-ümumi tormozlanma, huşun itməsi 

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin