Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Ətrafların maksimal bükülüb qanaxmanı saxlamaq üsulu



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə139/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   135   136   137   138   139   140   141   142   ...   165
Tibb bacısının işi

3. Ətrafların maksimal bükülüb qanaxmanı saxlamaq üsulu. Ətrafları maksimum bükdükdə 
büküş yerlərindən keçən damarlar sıxılır. Damarları daha möhkəm sıxmaq üçün büküş yerinə topa 
pambıq, bükülmüş parça, istənilən elastik əşya qoymaq olar.
4. Yaraya sıxıcı sarğı qoyulması . Adətən yaranın üzərinə steril tənzif qoyub üstündən bintlə sıxıcı 
sarğı qoyurlar. Venoz və kiçik arterial qanaxmalarda yara üzərinə sıxıcı sarğı qoyub ətrafı yuxarı 
qaldırmaq qanaxmanı dayandırır.
5. Turnanın qoyulması . Qeyd etmək lazımdır ki, güclü qanaxma olduqda sıxıcı sarğı onu saxlaya 
bilmir. Belə halda ətrafa qan axan yerdən yuxarı turna qoyulur. Lakin turnanı düzgün qoymadıqda 
damarları, sinirləri və toxumaları zədələyir, onların qidalanmasını pozur. Turna kimi həm uzunluğu 1-
1,5m olan standart zolaq şəkilli rezin turnadan, həm də əlaltı vasitələrdən:bel kəməri, enli tənzif, burulmuş 
dəsmal, nazik rezin şlanq, bağ, lent, parça zolağı və s istifadə etmək olar.
Turnanı yalnız bazu və bud nahiyəsinə qanayan yaradan yuxarı qoymaq olar. Toxumaları 
zədələməsin deyə altina əvvəlcə paltar və ya bükülmüş dəsmal sarımaq lazımdır. Qış aylarında 1,yayda 
yarım saatdan artıq turnanı saxlamaq olmaz. Daha uzun müddət artıq saxlamaq lazım gələrsə, onu 5-10 
dəq. boşaltmaq, bu zaman yaraya əllə təzyiq etmək, sonra yenidən turnanı sıxmaq olar. Turna qoyulan 
vaxtı dəqiq üzərinə yazmaq lazımdır.
Burun qanaxması-xüsusilə məktəb təcrübəsində tez-tez rast gəlinir. Bunun səbəbi uşaqların 
tənəffüslərdə dəhlizdə qaçan zaman öz hərəkətlərini tənzimləyə bilməməsi və toqquşmasıdır.
Ġlk yardım: uşağı oturdub boynunu əyin, başını azca aşağı salın ki, qan udlağa və mədəyə getməsin. 
Burun pərlərini 10dəq. ərzində sıxın və burnun kökünə soyuq kompres və ya buz qoyun. 10 dəq sonra 
əlinizi buraxın. Əgər qanaxma davam edərsə yenə 10 dəq sixin. Bunu 3 dəfə etdikdən sonra qanaxma 
davam edərsə uşaq mütləq xəstəxanaya çatdırılmalıdır. Uşaq huşunu itirsə onu yanı üstə uzatmaq və 
dərhal təcili yardım çağırmaq lazımdır.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin