Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə142/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   138   139   140   141   142   143   144   145   ...   165
Tibb bacısının işi

Profilaktika-Kvinke ödeminin profilaktikası belə xəstələrə dərman maddələrinin kiçik sınaqlarının 
qoyulmasından ibarətdir. Buraya Kvinke ödemini törədən qida məhsullarının müəyyən edilməsi və 
rasiondan çıxarılması da aiddir.
Anafilaktik Ģok Səbəbi-vaksin, zərdab, dərman maddələri, qida məhsulları, rentgenokontrast 
maddələrin yeridilməsi, gəmiricilərin dişləməsi və s. Simptomları-əlamətləri müxtəlifdir. Bir sıra 
xəstələrdə ani olaraq inkişaf edir və xəstə huşunu itirir. Əksər xəstələrdə isə əvvəlcə zəiflik, döş qəfəsində 
sıxıntı hissiyyatı, baş gicəllənmə, baş ağrısı, bədəndə hərarət hissiyyatından şikayətlənir. Eyni zamanda 
boğulma, ölüm qorxusu, görmənin pozulması, kəskin dəri qaşınması olur. Xəstə stul və sidik ifrazına 
meyllik, ürəkbulanma, qusma, qarında ağrı olduğunu qeyd edir. Nəhayət, xəstə huşunu itirir. Xəstəyə 
baxış zamanı soyuq tər, bəbəyin genəlməsi, qıcolmalar, ağızdan köpük, dəri örtüyünün sianozu və ya 
kəskin hiperemiyası diqqəti cəlb edir. Nəbz sapvari, tezləşmiş olur, A/T enir.
Ağır hallarda kollaps baş verir. Ağır kollaps huşun itməsilə birgə davam edə bilər, bəzən də komatoz 
hal inkişaf edir. Belə hallarda şokun başlanmasından bir neçə dəqiqə sonra ölüm baş verə bilər Bəzən şok 
inyeksiyadan 20-40 dəq. sonra da inkişaf edə bilər.
Təxirəsalınmaz yardım: 
1. Venoz qan cərəyanını blokada etmək üçün inyeksiya yerindən yuxarı ətrafa jqut qoyulur; 
2. Dəri altına 0,5 ml 0,1%-li adrenalin məhlulu yeridilir. Əgər təzyiq 100 mm civə sütunundan aşağıdırsa, 
onda 0,5 ml 0,1%-li adrenalin 20,0 ml izotonik NaCL məhlulu ilə vena daxilinə yeridilir;
3. Xəstəyə oksigen verilir. Belə ki, A/T enən zaman və qırtlağın ödemi zamanı orqanizmdə oksigen 
çatmamazlığı olur, bu da ürəkdə keçiriciliyin kobud pozğunluğuna gətirib çıxara bilər; 
4. Xəstəyə kortikosteroidlər və antihistamin preparatlar vurulur:prednizalon 75 mq, hidrokortizon 100-300 
mq, pipolfen, suprastin, dimedrol və s. ; 



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin