Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə147/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   143   144   145   146   147   148   149   150   ...   165
Tibb bacısının işi

Ġlk yardım-tibb bacısı xəstənin ayaqlarını salladaraq rahat oturmasına kömək edir, oksigenlə 
müalicəyə başlayır və təcili olaraq həkimi çağırır. Həkimin təyinatı üzrə dərialtına morfin və ya omnolon 
vurur, venaya yavaş-yavaş natrium-xlorid və ya qlükozanın 20 ml miqdarında izotonik məhlulunda 


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 121 
strofantin və ya korqlikon yeridilir; eyni şprislə venaya furasemid (laziks) məhlulu daxil edilir. Bu 
preparatların və eufillin məhlulunun müvafiq birləşdirilmiş halda venaya yeridilməsi yaxşı effekt verir . 
Bəzən 500 ml-ə qədər qanburaxma da təyin edilir. Çox vaxt qanburaxma əvəzinə ətraflara turna qoyulur. 
Bu zaman tibb bacısı fikir verməlidir ki, turna ancaq venaları sıxsın, arteriyalarda isə nəbz yaxşı 
əllənsin:turnaları ətrafların hamısından bir vaxtla açmaq olmaz.
Elektrotravma. Zədələnmə cərəyanın gərginliyi və şiddətindən, cərəyana müqavimətin 
kəmiyyətindən asılıdır. İnsanın dərisi yaş olduqda və ya o, nəm torpaq üzərində durduqda cərəyana 
müqavimət azalır. Bu şəraitdə hətta gərginliyi 40 voltdan az olan dəyişən elektrik cərəyanının təsiri belə 
ölümlə nəticələnə bilər. Elektriklə zədələnmənin ağırlığı müxtəlif dərəcədə inkişaf edir, ancaq bədənin 
müəyyən yerində yanıqdan başlamış geniş, dərin yanıqlar, toxumaların yanıb kömürləşməsinə qədər, ya 
da ürəyin və tənəffüsün dayanması nəticəsində baş verən ani kliniki ölümlə dəyişilə bilər.
Təxirəsalınmaz yardım-ən əvvəl cərəyan mənbəyini açmalı, tənəffüs və nəbzi mühafizə olunmuş 
xəstəni uzatmaq lazımdır. Zərərçəkəni torpağa basdırmaq qəti qadağandır. Damar çatışmazlığı və tənəffüs 
pozğunluğu olduqda dəri altına kofein, kordiamin vurulur. Elektriklə zədələnmə zamanı əmələ gələn 
yanıqların ilk müalicəsində ətraf dərini etil spirti ilə silir və dəriyə aseptik sarğı qoyurlar. Xəstəni ən yaxın 
cərrahi xəstəxanaya aparırlar.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin