Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə113/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   109   110   111   112   113   114   115   116   ...   165
Tibb bacısının işi

Ürəkbulanma-qarınüstü nahiyədə xoşagəlməz hissiyyat olub, ağız suyu ifrazı, dəri və selikli 
qişaların avazıması, tər ifrazının artması, başgicəllənmə ilə müşayət olunur. Ürəkbulanma azan sinirin 
qıcıqlanması nəticəsində baş verir, bəzən sərbəst şəkildə, daha çox qusmadan əvvəl müşahidə olunur. 
Yadda saxlamaq lazımdır ki, ürəkbulanma həzm sistemi xəstəlikləri ilə yanaşı, zəhərlənmələrdə, 
beyindaxili təzyiq artanda, hamiləlikdənevrozlarda da baş verir.
Qusma-mədə möhtəviyyatının, bəzən isə bağırsaq möhtəviyyatının ağızdan xarıc olunmasıdır. 
Qusma mürəkkəb reflektor proses olub, uzunsov beyində yerləşən qusma mərkəzinin qıcıqlanması 
nəticəsində baş verir. Mexanizmi belədir:diafraqma aşağı düşür, səs yarığı bağlanır, mədənin çıxacaq 
hissəsi (pilorik hissə) bərk yığılır, cismi və girəcək hissə (kardial hissə) isə boşalır, antiperistaltika-mədə 
əzələsinin geriyə peristaltikası baş verir. Adətən, qusmadan əvvəl xəstədə ürəkbulanma, dərinin 
avazıması, başgicəllənmə, ürəkdöyünmə, arterial təzyiqin düşməsi halları yaranır.
Baş vermə mexanizminə görə qusma mərkəzi və periferik ola bilər. Mərkəzi qusma baş beyindəki 
qusma mərkəzinin zəhərli maddələr və ya mexaniki yolla (beyindaxili təzyiq, şişlə sıxılma) qıcıqlanması 
nəticəsində baş verir. Periferik qusma-mədə, bağırsaqlar, öd yolları, orta qulardan gələn impulslar 
hesabına baş verir.
Gəyirmə-aerofagiya-yemək yeyərkən çoxlu hava udduqda, mədədə toplanmış havanın ağızdan xaric 
olmasıdır. Gəyirmə yeməyi tam çeynəməmiş, iri tikələrlə udduqdan sonra meydana çıxır. Bu zaman insan 
hava gəyirir. Qida mədədə patoloji ləngidikdə isə gəyirmə lax yumurta və ya turşumuş iy verir. Mədə 
çıxacağı çapıq və ya şişlə daraldıqda xəstədə tez-tez gəyirmə və qusma müşahidə olunur.
Qıcqırma-turş mədə möhtəviyyatının qida borusuna düşməsi ilə əlaqədar olub, çox vaxt mədə 
şirəsinin turşuluğu artdıqda baş verir. Lakin bəzən qıcqırmaya turşuluq normal və ya aşağı olduqda da rast 
gəlinir. Qıcqırma vaxtaşırı olub gecələr və ac vaxtı əmələ gələrsə xora xəstəliyindən şübhələnmək 
lazımdır.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin