Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə124/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   120   121   122   123   124   125   126   127   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 103 
MÖVZU 49 
 
KATETERĠZASĠYA 
 
Kateterizasiya-sidik kisəsinə kateter yeridilməsidir. Kəskin sidik ləngiməsi zamanı sidik kisəsinin 
yuyulması, dərman maddələrinin yeridilməsi, müxtəlif xəstəliklər, eləcədə uroloji xəstəliklər zamanı 
sidiyin miqdarının ölçülməsi məqsədilə sidik kisəsinə kateter yeridilir. Kateterizasiyanı yerinə yetirən şəxs 
infeksiyanın profilaktikası haqqında düşünməli və sidik kanalını zədələməmək üçün ehtiyatlı olmalıdır. 
Kateterizasiya məqsədilə yumuşaq (rezin) və bərk (metal) kateterlərdən istifadə olunur. Metal kateterlə 
sidiyin buraxılmasını yalnız həkim icra edir. Metal kateter dəstək, borucuq və dimdikdən ibarətdir. 
Dimdiyin ucu girdə və qapalı olub, yan tərəflərdə iki oval dəliyi vardır. Kişi metal kateteri 30 sm olub, 
qövs şəklində dimdiyi, qadın kateteri 12-15 sm olub qısa dimdiyi vardır. Metal kateter qaynatmaqla 
sterilizasiya olunur. Rezin kateterlər 25-30 sm, diametri 10 sm-ə qədər olub, 30-a qədər ölçüdədir. Biri 
digərindən 1/3 mm fərqlənir. ən çox 14-18 nömrəli kateter istifadə olunur. Sidik kisəsinə yeridilən ucu 
dairəvi, qapalı olub, metal kateterdə olduğu kimi yandan iki dəliyi vardır. Kateterizasiyadan əvvəl tibb 
bacısı əllərini isti su, sabun, spirt və ya yod məhlulu ilə yuyur. Xəstə arxası üstə ayaqları dizdən bükülü, 
yana doğru açılmış şəkildə uzadılır. Ayaqları arasına ləyən (sudna) qoyulur. Qadınlarda aralıq nahiyəsi 
1:1000 nisbətdə süleymani məhlulu, həmin nisbətdə civə-oksisianid məhlulu və ya furasilin məhlulu ilə 
yuyulur. Tibb bacısı pinsetlə kateteri götürür, steril vazelinlə yağlayır, ucunu sidik kisəsinin arici dəliyinə 
salır və təkan vermədən, ehtiyatla sidik kisəsinə itələyir. Kateterin xarici dəliyindən sidik gəlməsi olun 
düzgün yeridildiyini göstərir. Kateteri sidik kisəsi tam boşalmamış çıxartmaq lazımdır ki, sidiyin son 
porsiyası sidik kanalını yusun. Kişilərdə kateterizasiyadan əvvəl sidik kanalının xarici dəliyi 0,1%-li 
kalium-permanqanat və ya furasilin məhlulu ilə silinir. Kateteri pinsetlə götürüb steril vazelinə salırlar. 
Pinsetlə kateteri daxili uca yaxın yerdən tuturlar, sağ əllə cinsiyyət üzvünü yuxarı qaldırır, ehtiyatla 
kateteri yeridirlər. İstifadə olunmuş metal kateter əvvəlcə 3%-li xloramin məhlulunda saxlanır, sonra isti 
su və sabunla yuyulur, 10-15 dəq qaynadılır və ağzı kip bağlanan emallı qabda saxlanılır. Rezin kateterlər 
isə bir dəfə istifadə olunduqdan sonra atılır. Kateterizasiyaya əks göstəriş-sidik kisəsinin travmaları, sidik 
kisəsinin və sidik kanalının kəskin infeksiyaları və şişləridir.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin