Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Atropin (xanımotu, belladonna, belloid, bellaspon) -



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə136/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   132   133   134   135   136   137   138   139   ...   165
Tibb bacısının işi

Atropin (xanımotu, belladonna, belloid, bellaspon) -zəhərlənmə zamanı bəbəklərin genəlməsi və 
görmə pozğunluğu, ağızda bərk quruluq, ürək döyünməsi, üzün hiperemiyası, səsin xırıltılı olması, psixi 
pozğunluqlar, hallüsinasiya, sayıqlama baş verir. Ağır zəhərlənmədə xəstə koma halına düşərək tənəffüs 
və qan dövranının pozulması nəticəsində ölə bilər.
Neyroleptiklər (aminazin, triftazin, levomepromazin, tizersin) -zəhərlənmə zamanı zəiflik, 
yuxuculluq, baş gicəllənmə baş verir, sifət maska şəkli alır, çox keçmədən başlayan yuxu bir sutkadan çox 
davam edir, bəbəklər daralır, bəzən əzələnin dartılması müşahidə edilir. Ağır zəhərlənmə zamanı komatoz 
hal inkişaf edir, tənəffüs pozulur, ölüm baş verir.
Antihistamin preparatlarla (dimedrol, diprazin, suprastin) zəhərlənmə-dərman qəbul 
edildikdən 10 dəqiqə-1,5 saat sonra təzahür edir. Simptomları-əzginlik, yuxuculluq, dolaşıq nitqdən 
ibarətdir. Qulaq batması, hərəki və psixi həyəcanlılıq hallüsinasiya ilə əvəz oluna bilər, sonra xəstə 
yuxuya gedərək 10-12 saat yatır. Ağır hallarda koma olur.
Trankvilizatorlar (xlordiazepoksid (elenium), diazenam (seduksen), oksazepam (tazepam) -
toksik dozanın qəbul edilməsindən 1-1,5 saat keçdikdən sonra getdikcə artan əzələ zəifliyi, yuxuculluq, 
baş gicəllənmə, yerişin və nitqin pozulması baş verir. Ağır hallarda koma baş verir.
Bütün kəskin zəhərlənmələrdə təxirəsalınmaz yardım: 
-Orqanizmdən zəhəri olduqca tez kənar etmək; 
-Orqanizmdə qalmış zəhəri antidotlar vasitəsilə zərərsizləşdirmək; 
-Tənəffüs və qan dövranının pozğunluqları ilə mübarizə aparmaq. Mədəni dərhal yumaq, işlətmə dərmanı 
vermək, imalə etmək lazımdır.
Zəhər dəriyə və ya selikli qişaya düşdükdə dərhal mexaniki üsulla kənar edilməlidir. 
Dezintoksikasiya üçün həkimin təyinatına görə dəri altına və ya venaya qlükoza, NaCl, hemodez, 
poliqlükin yeridilir. Lazım gələrsə, sürətləndirilmiş diurez tətbiq edilir, eyni zamanda 3-5 l maye və tez 
təsiredici sidikqovucu dərmanlar yeridilir. Zəhərin zərərsizləşdirilməsi üçün xarakterindən asılı olaraq 
spesifik antidotlar-unitiol, metilen abısı və s. istifadə edilir. Tənəffüsün və qan dövranının bərpası üçün 
O
2
, ürək-damar dərmanları, tənəffüs analeptikləri, aparat vasitəsilə süni nəfəsaldırma tətbiq edilir.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin