Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə151/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   147   148   149   150   151   152   153   154   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 124 
-Traktor, kombayn, otbiçən maşın, motosiklet, velosiped və sair bu kimi vasitələrdən 30 metr aralı 
dayanın; 
-Qrup halındasınızsa, toplu halda qalmayın, bir-birinizdən ən azı 1,5 metr məsafədə dayanın; 
Ġldırımvurma nəticəsində: 
-İldırımvurma nəticəsində insan bədənində patoloji dəyişikliklər baş verir; 
-Tənəffüs və ürək qan-damar sisteminin fəaliyyəti pozulur; 
-Eşitmə, görmə qabiliyyəti, şüuru və yaddaşı itə bilər; 
-Bədəndə yanıqlar ola bilər; 
-İldırımın vurması nəticəsində zərərçəkmişin bədənində ildırımın izi giriş və çıxış nöqtələri görünür; 
Ġldırımvurma zamanı ilk tibbi yardım: 
-İldırımvurma zamanı ürək və tənəffüs fəaliyyəti pozulduğu üçün ilk növbədə zərərçəkmişə həkim gələnə 
qədər ürəyi massaj edin və süni tənəffüs verin; 
-Reanimasiya tədbirləri görün; 
-Zərərçəkmişlər həkim nəzarətində saxlanılmalıdır; 
-İldırımvurma zamanı ölümün səbəbi ürək qan-damar sisteminin və tənəffüs mərkəzinin fəaliyyətinin 
dayanmasıdır.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 125 
MÖVZU 58 
 
ONKOLOGĠYA HAQQINDA ANLAYIġ 
 
Onkologiya-şişlərin əmələ gəlmə səbəblərini və onların inkişaf xüsusiyyətlərini öyrənən elmdir. Şiş 
və ya xərçəng-öz normal formasını, quruluşunu və funksiyasını itirmiş hüceyrələrin nəzarətsiz şəkildə 
artıb-çoxalması nəticəsində meydana çıxan törəmədir. Şişləri toxuma şişkinliyi və ödemlərlə səhv salmaq 
olmaz.
Şişlərin meydana çıxmasına səbəb olan amillər aradan qalxdıqdan sonra da onlar inkişafını davam 
etdirmək xüsusiyyətini saxlayır. Qan və limfa cərəyani ilə şiş hüceyrələri digər orqan və toxumalara 
daşınaraq onları da zədələyir və metastaz verərək inkişaf edir.
Şişlər iki cür olur:xoşxassəli və bədxassəli. Xoşxassəli şişlər (fibroma, mioma, angioma, polip və s) 
ləng inkişaf edir, ətraf toxumalara nüfuz etmir, yalnız onların yerdəyişməsinə və sıxılmasına səbəb olur. 
Bu şişlər kapsulla əhatə olunur, əməliyyat zamanı asanlıqla götürülür, residiv və metastaz vermir. Lakin 
bəzən, xüsusilə müalicə olunmayan və daim qıcıqlanmaya məruz qalan şişlər bədxassəli şişə çevirilə bilir. 
Fibromalar ən çox dəri, vətər, sümüküstlüyü, uşaqlıq və s orqanlarda müşahidə olunur. Poliplərə boşluqlu 
orqanların selikli qişasında (burun, mədə, bağırsaq, uşaqlıq və s) rast gəlinir. Angioma damar divarında 
inkişaf edən xoşxassəli şişdir. Mioma isə əzələ toxumasının şişidir.
Bədxassəli şişlər sürətlə inkişaf edir, qonşu toxumalara nüfuz edir və digər orqanlara metastazlar 
verir. Ilk dövrlərdə onları aşkar etmək çox çətindir. Belə ki xərçəng başlanğıc mərhələdə simptomsuz 
inkişaf edir, xəstəni narahat etmir. Bu da diaqnoz qoyulmasını gecikdirir. Adətən, bədxassəli şişdən əvvəl 
xəstədə hər hansı bir xroniki xəstəlik müşahidə olunur:xora, xroniki iltihab, xoşxassəli şiş və s. Lakin 
bəzən xərçəng sağlam toxumada da inkişaf edə bilər. Xəstəliyə təkan verən amil kimi stress, xroniki ruh 
düşkünlüyü, immunitetin zəifləməsi, virus infeksiyaları, zərərli adətlər və radiasiyaya məruz qalmanı 
göstərmək olar.
Bədxassəli şişlərə xərçəng və sarkoma aiddir. Xərçəng metastaz verməyə meyllidir. Sarkoma isə 
sürətlə böyüyərək qonşu orqanlara nüfuz edir. Onkoloji xəstəliklərin diaqnostikası son dövrdə təbabətin 
inkişafı ilə əlaqədar xeyli asanlaşmışdır. Belə ki, laborator analizlər, biopsiya götürülməsi, KT, MRT, 
genetik analizlərin aparılması ilə qisa müddətdə xəstəyə diaqnoz qoyub müalicəyə başlamaq olar. 
Müalicə, adətən kimyəvi preparatlarla (ximioterapiya), şüa müalicəsi şəklində və cərrahi yolla aparılır.
Xəstəliyin qarşısının alınmasında ekoloji çirklənmə ilə mübarizə, sağlam və fiziki aktiv həyat tərzi, 
zərərli adətlərdən imtina, sağlam qidalanma və xroniki xəstəliklərlə mübarizə əsas rol oynayır.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin