Ġlk yardım-spazmolitik dərmanlar (teofedrin, efedrin, izadrin və s. ) təyin olunur. Cib inqalyatorları
vasitəsilə bronxgenəldici peraparatlar geniş tətbiq olunur. Uzun müddət xəstə olanlar adətən hansı
dərmandan istifadə etməyi özləri yaxşı bilirlər.
Yayındırıcı vasitələr:ayaqlara xardal vannası, banka, xardal yaxması effekt vericidir. Bunlar təsir
etmədikdə həkimin təyinatına əsasən dərialtına 0,1%-li adrenalin və ya 5%-li efedrin məhlulu, bəzən isə
0,1%-li atropin məhlulu yeridilir. Venaya 2,4%-li eufillin 10,0 ml, uzun sürərkən srtofantin, korqlükon,
prednizalon, deksametazon kimi preparatlardan istifadə olunur. Xəstəyə nəmləşdirici O2 vermək yaxşı
effekt verir. Ümumiyyətlə, belə xəstələrə müalicə aĢağıdakı kimi aparılmalıdır: 1. Spazmolitik təsir göstərən müalicə;
2. Desensibilizəedici müalicə;
3. İltihab əleyhinə müalicə;
4. Bədən müqavimətini artırmaq üçün aparılan müalicə;
5. Remissiya dövründə aparılan ümumi qüvvətləndirici müalicə.
Larinqospazm-səs yarığının spazmı nəticəsində tənəffüs prosesinin kəsilməsidir. Bu zaman
nəfəsalma prosesi çətinləşir. Nəfəsalma qəflətən dayanaraq həyat üçün təhlükə yarada bilər. Bunu
uşaqlarda affektrespirator sindromundan, nəfəs yolunun yad cisimindən ayırmaq lazımdır. Həmçinin
tənəffüs əzələlərinin iflici (poliomielit), difteriya (həqiqi inaq) xəstəliyindən də differensasiya etmək
lazımdır. Tutma 1-3 dəq. çəkə bilər.
Ġlk yardım-dili tutmaq, süni nəfəs vermə, tənəffüs mərkəzini oyadan dərmanlar (lobelin, kordiamin)
təyin olunur.
Hidrotoraks-plevra boşluğuna, məsələn, ürək və ya böyrək ödemləri zamanı transsudat
toplanmasına hidrotoraks deyilir. Ürək ödemləri zamanı hidrotoraksın baş verməsi sağ mədəciyin
çatmamazlığı əlaməti olub, böyük qan dövranındakı durğunluğu göstərir.
Pnevmotoraks-plevral boşluqda havanın toplanması ilə xarakterizə olunan xəstəlikdir. 3 növə ayırd
edilir:
1. Travmatik (döş qəfəsinin travması zamanı) ;
2. Süni;