Mühazirə Pedaqoji biliklər sistemində "İnformatikanın tədrisi üsulları"



Yüklə 74,17 Kb.
səhifə12/17
tarix14.10.2023
ölçüsü74,17 Kb.
#155574
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
ITM Mühazirə 1.

Bilik mübadiləsi – mənbələrin öyrənilməsinə həsr olunan dərs modelidir. Bu dərs şagirdlərdə tədqiqatçılıq fəaliyyətini formalaşdırır.
Dərsin sxemi:

  1. Təlimatlandırma – müəllim sinfi bir neçə kiçik qrupa bölür və qruplardan hər birinə bir sual və ya tapşırıq verir.

  2. Tədqiqat – hər qrup öz sualını mənbələr üzrə araşdırır və bütün sinif üçün izahat hazırlayır.

  3. Bilik mübadiləsi – qruplar növbə ilə çıxış edir.



İnformatika fənninin tədrisinin forma və metodları.
Təlim metodları. Informatikanın tədrisində digər fənlərin tədrisində istifadə edilən metodlar tətbiq edilir. Lakin bu metodların tətbiqinin bəzi özünə- məxsus xüsusiyyətləri vardır.

Metodların seçilməsi və düzgün tətbiqi müəyyən üsulların seçilməsini tələb edir. Y.K. Babanskinin fikrincə, informatikada metodlar seçilərkən onun kibernetik əsaslarının olduğu nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən üç qrup metodlar ayırd edilir: [15, s.93-100]



Bu qrupların hər biri altqruplardan ibarətdir. Onlardan bir neçəsini nəzərdən keçirək.
İzahedici-illüstrativ metodlar. Bu metod materialın şagirdlərə hazır şəkildə verilməsini (illüstrasiya) və müəllim tərəfindən onun şagirdlərə tam izahını tələb edir. Məsələn, kompüterin yaddaş qurğularının izah edilməsi zamanı müəllim bu metodlardan istifadə edə bilər.
Reproduktiv metodlar. Bu metodlar yuxarıda adı çəkilən metodlardan onunla fərqlənir ki, onlar dəfələrlə çalışmalar həlli vasitəsilə təkrar edilir və şagirdlərə bu formada mənimsədilir. Bu metodlar sayəsində şagirdlər klaviatura ilə işi öyrənir, kompüter vərdişlərinə yiyələnir.
Evristik metod yeni biliklərin axtarışı ilə müəyyən edilir. Müəllim tərəfindən biliyin bir qismi şagirdlərə hazır verilir, bir qismini isə şagirdlər özləri tapır.

Yüklə 74,17 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin