Mühazirə Pedaqoji biliklər sistemində "İnformatikanın tədrisi üsulları"


Məktəb informatika kursunun məqsəd və vəzifələri



Yüklə 74,17 Kb.
səhifə2/17
tarix14.10.2023
ölçüsü74,17 Kb.
#155574
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
ITM Mühazirə 1.

Məktəb informatika kursunun məqsəd və vəzifələri.
Informatikanın tədrisi nəzəriyyəsi və metodikası günbəgün inkişafda olan bir sahədir. İnformatikanın tədrisi metodikası aşağıdakı vəzifələri yerinə yetirir: 1.informatikanın tədrisinin konkret məqsədlərini və məktəb tədris planında bu fənnin rolunu müəyyən etmək, 2.məktəb müəlliminə informatika dərslərinin təşkili üçün ən əlverişli tədris formalarını seçmək imkanını yaratmaq, 3.müəllimlərin praktik fəaliyyəti üçün tövsiyyə və məsləhətlər hazırlamaq. Hər bir fənnin tədrisində olduğu kimi, informatikanın tədrisi metodikası da aşağıdakı suallara cavab verir: nəyi öyrənirik? niyə öyrənirik? necə öyrənirik?
İbtidai siniflərdə informatika tədrisinin əsas məqsədləri bunlardır: 1.İnformasiya, informasiya prosesləri və sistemləri, texnologiyaları və modelləri haqqında elmi təsəvvürlərin əsasını təşkil edən biliklərin mənim sədilməsi; 2.Kompüterdən istifadə etməklə müxtəlif növ informasiya ilə (mətn, səs, qrafik və s.) iş vərdişlərinin yaradılması; 3.İKT vasitələri ilə şagirdlərin idraki marağının, yaradıcı və intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi; 4.Şagirdlərdə informasiya anlayışına hüquqi və etik cəhətdən ciddi yanaşma tərbiyə etmək, informasiyadan istifadəyə seçici yanaşmaq; 5.Gündəlik həyatdan alınan informasiyanı tətbiq etmək, fərdi və kollektiv proyektlər hazırlamaq. Ibtidai siniflərdə informatika tədrisi: 1) tədris; 2)praktik; 3) tərbiyəvi məqsəd daşıyır. Bu fənnin tədrisində qarşıya qoyulan vəzifələr həmin məqsədlərin yerinə yetirilməsinə yönəldilməlidir. Tədris məqsədinə informatikanın öyrədilməsində bu elmin fundamental anlayışlarının mənimsədilməsi, o cümlədən informasiyanın təsviri, ötürülməsi, istifadəsi daxildir. Praktik məqsədlərə şagirdlərə texnoloji bacarıqları aşılamaq, onları gələcək praktik fəaliyyətlərində lazımi bilik və bacarıqlarla təmin etməkdir. Tərbiyəvi məqsəd hesablama texnikası və texnologiyalarından cəmiyyətin və sivilizasiyanın inkişafı üçün necə istifadə edilməsini şagirdlərə aydınlaşdırmaq, onlarda informasiya mədəniyyəti formalaşdırmaqdır.

Yüklə 74,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin