Mühazirə Pedaqoji biliklər sistemində "İnformatikanın tədrisi üsulları"



Yüklə 74,17 Kb.
səhifə1/17
tarix14.10.2023
ölçüsü74,17 Kb.
#155574
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   17
ITM Mühazirə 1.


Mühazirə 1.
Pedaqoji biliklər sistemində “İnformatikanın tədrisi üsulları” fənninin yeri, məqsədləri, İnformatika dərslərinin təşkili formaları, tipləri və diferensial təlim vasitələri
İnformatika fənninin digər fənlərlə əlaqəsi.
Ümumtəhsil məktəblərində informatika fənninin tədrisi vasitəsilə şagirdlərin hərtərəfli inkişafına nail olması, onların şəxsiyyət kimi formalaşdırılması cəmiyyətdə və təbiətdə baş verən informasiya prosesləri fonunda özlərini dərindən dərk etmələri ilə bilavasitə bağlıdır. Yetişməkdə olan gənc nəsli informasiya cəmiyyəti formalaşdırılması şəraitində müstəqil həyata hazırlamaq çox aktual məsələdir. Məhz bu vacib vəzifənin reallaşdırılması istiqamətində informatika fənni üzrə tədrisin məqsədi, məzmunu və təşkili formaları daha da konkret olaraq müəyyənləşdirilmişdir. Şagirdlərin elmi dünyagörüşünün formalaşmasında informatika ilə digər fənlərarası əlaqələrin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bizi əhatə edən ətraf aləmdə, bütün sahələrdə və proseslərdə inteqrasiya mövcuddur. Ən müasir peşələr bir sıra qabiliyyətlərin inteqrasiyasını tələb edir. “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük prinsipləri ilə yanaşı, inteqrativ təlimin əhəmiyyəti də xüsusi olaraq qeyd olunmuşdur. İnformatikanın tədrisində inteqrativ təlim şagirdlərin biliklərinin dərinləşdirilməsinə və sistemləşdirilməsinə, yeni assosiativ əlaqələrin yaradılmasına, onların həyati bacarıqlarının inkişafına geniş imkanlar açır, peşə hazırlığına, istənilən peşəni mənimsəmələrinə əhəmiyyətli təsir göstərir. Bunlarla yanaşı, fənn üzrə inteqrasiya şagirdlərin məntiqi təfəkkürünün formalaşmasında, mülahizə yürütmə, məntiqi əsaslandırma, isbatetmə bacarıqlarının aşılanmasında, tədrisin səmərəliyinin yüksəldilməsində, şagirdlərin fənnə marağının artırılmasında, təlim keyfiyyətinin inkişaf etdirilməsində mühüm rol oynayır. İnformatika fənni kurikulumun səmərəli təşkili prosesində həm fəndaxili, həm də fənlərarası əlaqələrin düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Fəndaxili inteqrasiya fənn daxilində əlaqələrin yaradılması, təlim nəticələrinin əldə edilməsi üçün bilik, bacarıq və vərdişlərin sistemləşdirilməsidir. İnformatika fənninin tədrisində geniş şəkildə istifadə olunan fəndaxili inteqrasiyanın qurulması üçün əlaqəli modeldən istifadə edilməsi məqsədəuyğundur. Bu zaman bir-biri ilə daha sıx əlaqədə olan bir-birlərini tamamlayan mövqelərin seçilməsi və əlaqələndirilməsi vacibdir. İnformatika fənni üzrə ibtidai, əsas və orta təhsilin pillələri üzrə ümumi təlim nəticələrinin inteqrasiyasını əks etdirən əlaqəli model standartlar şəklində verilmiş bacarıqların daxili mahiyyətindən irəli gəlir və təlim prosesində biri digərinə əsaslanmaqla onu məntiqi baxımdan tamamlayır. “ İnformatika tədrisinin nəzəriyyə və metodikası ” sərbəst bir elmi bölmə kimi özünə başqa elmi bilikləri də daxil edir: informatika, psixologiya, pedaqogika. Informatika tədrisinin metodikasında əsas məsələ informatika anlayışı olduğundan, bu kursda informatikanın spesifik cəhətləri nəzərə alınır, materialın istənilən bölməsi informatikanın əsas anlayışlarına uyğun olaraq keçirilir: informasiya, model, alqoritm. Sinifdə təşkilati-forma və metodları seçərkən şagirdlərin subyektiv psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır və bu haqda bilikləri psixologiya elmi verir.
Metodika didaktikanın bir bölməsidir, və o da öz növbəsində peadqogikanın bölməsidir. Buna görə də,onda pedaqogikanın tədqiqati metodları istifadə olunur, didaktikanın qanun və prinsipləri yerinə yetirilir. Informatikanın tədrisi zamanı, tədris-idrak fəaliyyəti həyata keçirilir və təlimin bütün məlum metodlarından istifadə olunur, yəni, ümumdidaktik tədris metodlarından:informasiya reseptivlər, problemli yanaşma, evristik, tədqiqat metodları və s.
Dərsin təşkili – təşkilati-frontal, fərdi və qrup, yaxud başqa, mühazirə, müsahibə, sorğu, ekskursiya, labarotoriya işi, praktik, seminar və s. formalarda aparılır. İnformatikanın tədrisi metodikasının, demək olar ki, bütün elmlərlə əlaqəsini müəyyənləşdirmək olar. Müasir dövrdə informatikanın tədrisi müxtəlif elmi sahələrin biliklərinə əsaslanır: biologiya (bioloji özünü idarəedən sistemlər, məsələn, insan, başqa canlı orqanizmlər), tarix və sosiologiya (ictimai-sosial sistemlər), rus dili (qrammatika,sintaksis, semantika və s.), məntiq (düşüncə, formal əməliyyatlar, həqiqət, yalan), riyaziyyat (ədədlər, dəyişənlər, funksiyalar, çoxluqlar, işarələr, təsirlər), psixologiya (anlama, düşüncə, kommunikasiyalar). İnformatikanın tədrisi zamanı fəlsəfə (dünyanın informasiya sistemi xəritəsinə dünyagörüşlü yanaşma) , filologiya (mətni redaktorların və süni-intellekt sistemlərinin öyrənilməsi), riyaziyyat və fizika (komputerlərin modelləşməsi), rəssamlıq və qrafika (qrafik redaktorların və multimedia sistemlərinin öyrənilməsi) və s. elmlərin problemlərinə diqqət yetirmək lazımdır. Beləliklə, informatika müəllimi kifayət qədər savadlı şəxs olmalıdır və daima öz biliklərini artırmalıdır.

Yüklə 74,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin