Mühazirə qeydləri mba proqramı, Azərbaycan Universiteti, Bakı 2013


“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR



Yüklə 1,57 Mb.
səhifə4/5
tarix04.04.2023
ölçüsü1,57 Mb.
#93225
növüMühazirə
1   2   3   4   5
1-menecment-iqtisadiyyatinin-predmeti-ve-metodlari

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR

  • Elmi nəzəriyyələrin daim inkişaf etdiyini nəzərə alsaq, onda menecerlərin daha yaxşı qərar qəbul etmələri üçün daha “yaxşı” nəzəriyyələrə ehtiyacı olduğunu söyləmək mümkündür. Bu baxımdan “yaxşı” nəzəriyyə aşağıdakı xüsusiyətləri daşımalıdır:
    • Mövcud müşahidələri yaxşı izah edir;
    • Düzgün proqnozlar formalaşdırır;
    • Əhatə etdiyi dəyişənlər dəqiq və etibarlı ölçülə bilir;
    • Çoxlu sayda müxtəlif situasiyalar üçün tətbiq oluna bilir;
    • Mümkün qədər az miqdarda fərziyyələrə əsaslanır.

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: İQTİSADİYYATIN ÖYRƏNİLMƏSİ

  • İqtisadiyyat elmi ictimai həyatın çox mürəkkəb bir sahəsini öyrənir. Bunun üçün də həmin sahədəki mövcud münasibətləri sadə modellərlə təqdim etməyə çalışır.
  • Bəs model nədir? Model öyrənilən sistemin əsas xüsusiyyətlərini və münasibətlərini özündə birləşdirməklə onun təmsilçisi rolunu oynayan nəzəri konstruksiyadır.
  • İqtisadi modellər çox vaxt qrafiklər, diaqramlar və ya düsturlarla ifadə olunur.
  • İqtisadiyyat elmində neoklassik yanaşmaya üstünlük verilməsi də bu yanaşmanın məhz belə modellərə əsaslanması ilə əlaqədardır.

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: TƏHLİLİN VASİTƏLƏRİ – TƏLƏB VƏ TƏKLİF

  • Tələbtəklif anlayışları bütün iqtisadi anlayışlar arasında ən mühüm olanlardır.
  • Tələb və təklif təkcə iqtisadçının silah deposunda olan təhlil vasitələri deyil, eyni zamanda onlar müxtəlif iqtisadi situasiyaların təhlilində müvafiq faktorları müəyyənləşdirməyə və izah etməyə imkan verirlər.

Xülasə

  • “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə və metodların biznesin qərar qəbulu prosesinə tətbiqini öyrənir.
  • Bu tərifdə biznes termini iki və daha çox tərəflər arasında istənilən transaksiyanı ifadə edən çox geniş mənada da işlədilə bilər. Bu “menecment iqtisadiyyatı” fənninin daha geniş tətbiq dairəsi olduğunu göstərir.
  • Qərar qəbulu prosesi bir sıra mərhələləri əhatə edir: problemin dərk edilməsi, hədəflərin müəyyən edilməsi, məhdudiyyətlərin şərh edilməsi, strategiyaların seçilməsi, strategiyaların qiymətləndirilməsi və strategiyalar arasından seçimin kriteriyasının müəyyənləşdirilməsi.
  • “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə, qərar elmləri və biznes funksiyaları ilə əlaqəlidir.
  • İqtisadi nəzəriyyənin əhatə olunan əsas elementləri bunlardır: firma nəzəriyyəsi, istehlakçı və tələb nəzəriyyəsi, istehsal və xərc nəzəriyyəsi, qiymət nəzəriyyəsi və rəqabət nəzəriyyəsi.

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin