“Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyənin əsas qollarından olan mikroiqtisadiyyatla əlaqəlidir.
“Menecment iqtisadiyyatı”ı mikroiqtisadi nəzəriyyənin əsasən aşağıdakı aspektləri ilə sıx bağlıdır:
Firma nəzəriyyəsi;
İstehlakçı davranışı nəzəriyyəsi (tələb);
İstehsal və xərc nəzəriyyəsi (təklif);
Qiymət nəzəriyyəsi;
Bazarın strukturu və rəqabət nəzəriyyəsi.
İki fənn arasında bir başlıca fərq vardır: Mikroiqtisadiyyat deskriptiv, “menecment iqtisadiyyatı” isə preskriptiv yanaşmaya əsaslanır. Başqa sözlə birincisi pozitiv, ikincisi isə normativ iqtisadiyyatdır.