Mühazirə tədbirləri Tofiq Süleymanov Kimya elmləri namizədi, dosent



Yüklə 71.71 Kb.
PDF просмотр
tarix19.06.2017
ölçüsü71.71 Kb.

«Hərbi bilik».-2011.-№3.-S.61-69.

Kütləvi qırğın silahlarına qarşı mühazirə tədbirləri

Tofiq Süleymanov - Kimya elmləri namizədi, dosent 

Gəray Bağirov - polkovnik 

Səfiyə Qədirova - baş müəllim 

HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİ

Açar sözləri: hərbi texnologiya, kütləvi qırğın silahları, kimyəvi və bioloji silahlar, kimyəvi silahın təsirindən

qorunma.


Ключевое  слова:  военная  технология,  оружия  массового  поражения,  химическое  и  биологическое

оружие, защита от действия химического оружия.



Keywords:  the  military  technology,  the  weapons  of  mass  destruction  (WMD),  biological  and  chemical

weapons, protection from influences of the chemical weapons.

XXI  əsrdə  hərbi  texnologiya  daim  inkişaf  edir.  Kütləvi  qırğın  silahlarının  təkmilləşdirilməsi  istiqamətində

müasir  tələblərə  cavab  verən  irəliləyiş  duyulmaqdadır.  Lokal  müharibələrin  baş  verdiyi  ölkələrin  döyüş

meydanlarında  kütləvi  qırğın  silahlarının  təkmilləşdirilməsi  ilə  bağlı  məsələlərin  həlli  gündəlikdən  çıxarılmır.

Sənayenin  inkişafı,  texnologiyanın  müasir  dirçəlişi  və  texnoloji  transferlər  nəticəsində  kimyəvi,  bioloji  silahlar

təkmilləşdirilir və bu məsələ böyük bir təhlükə kimi meydana çıxır.

ABŞ və keçmiş Sovet İttifaqı dünya üçün qarşılıqlı təhlükə yaradan soyuq müharibə illərindən sonra 31 avqust

1991-ci ildə "START - 1" (Strategil Arms Reduction Treatiy), 3 yanvar 1993-cü ildə "START - 2" müqavilələrini

imzalamışlar. Bu müqavilələr əsasında nüvə döyüş sursatını hədəfə çatdırma vasitələri ilə döyüş başlıqları və ağır

bombardman  təyyarələrinin  kəmiyyətcə  məhdudlaşdırılması  və  ləğvi  tələb  edilmişdir.  Bununla  belə  dünyada

kimyəvi və bioloji (bakterioloji) silah təhlükəsi artmaqdadır.

1992-ci ilin noyabr ayında BMT-nin Baş Assambleyasında qəbul edilən, 16 ölkə tərəfindən imzalanan Kimyəvi

və  Bioloji  Silahlar  Konvensiyasının  (Chemical  Wlapons  Convention)  tələbləri  hələ  də  yerinə  yetirilməmişdir.  26

mart 1972-ci ildə qüvvəyə minən, 146 ölkə tərəfindən təsdiqlənən konvensiya da sözügedən silahların yaranmasının

və istehsalının qarşısını ala bilməmişdir.



Bakterioloji (bioloji) döyüş  maddələrinin tətbiqi ilk dəfə XX əsrin əvvəlində vaksin, serum və mikroskop

kimi ixtiralardan sonra I Dünya müharibəsində olmuşdur.

1918-1960-cı  illərdə  dünyada  bioloji  döyüş  maddələrinin  elmi  tədqiqatına  başlanılmışdır.  Bu  mərhələdə

təkmilləşdirilmə işi görülmüş və sınaqlar keçirilmişdir. Nəhayət, silah istehsal edilmişdir. II Dünya müharibəsindən

başlayaraq 1970-ci illərə  qədər  soyuq  müharibə  illərində  bir  çox  dövlətlər  tərəfindən  bioloji  (bakterioloji)  silahla

əlaqədar elmi tədqiqat və sınaq yoxlamaları böyük sürətlə davam etdirilmişdir.

Bioloji döyüş  maddələrinin qadağan edilməsi haqqında müqaviləyə  baxmayaraq,  bu  cür  silahların  istehsalı və

yığılması indiki  zamanda  da  böyük  məxfilik  altında  həyata  keçirilir.  Müqaviləni  imzalayan  ölkələr  tərəfindən  bu

sayaq  çalışmalar  və  istehsal  prosesi  açıq  şəkildə  davam  etdirilir.  Çünki  sözügedən  konvensiyanın  öhdəyə

götürməkdən savayı bir sanksiyası yoxdur. Ona görə də bioloji silahdan istifadəni təsbit etmək də çox çətindir.

Son illər təsir və tərkib baxımından kimyəvi döyüş maddələrinin səciyyəvi xüsusiyyətlərinə bənzəyən çoxsaylı

toksinlərin mövcudluğu və bu sahədə inkişaf meyillərinin artımı müşahidə edilir.

Onların  sırasına Sibir  xorasının  törədicisi,  botulizm  və  gənəgərçək  toksinləri,  peptit  (protçin  quruluşlu

molekul)  və  qeyri-peptit  toksinlər  daxildir.  Bu  toksinlərin  çoxu  mikrob  (Sibir  xorası  mikrobu),  heyvan

(əqrəb  zəhəri)  və  bitki  mənşəli  canlı  orqanizmlər  tərəfindən  törədilir,  lakin  cansız  bakterioloji  döyüş

maddələri sayılır.

Tanınmayan  döyüş  maddəsi  ilə  düşmən  hücumuna  məruz  qalan  bir  qüvvə  üçün  həmin  döyüş  maddəsinin

kimyəvi quruluşunun müəyyən edilməsi və müvafiq əks-tədbirlərin sürətlə görülməsi çox çətin işdir. Hücum edən

qüvvə basqın üstünlüyünə malik olarkən Kimyəvi-Bioloji Silah Konvensiyasına riayət etməməsi ucbatından dünya

ictimaiyyətinin  tənqidini  rədd  etmə  imkanı kimi  bir  siyasi  üstünlükdən  bəhrələnir.  Nəticədə  bir  sıra  xoşagəlməz

çətinliklər meydana çıxır.

Bölgəmizdə  yerləşən  bəzi  ölkələr  (Rusiya,  İran  və  s.)  bakterioloji  müharibə  etmək  potensiala  malikdir.  Onlar

bioloji  müharibə  aparmaq  məqsədilə  Sibir  xorası,  taun,  vəba  və  enterofoksin  (bağırsaq  xəstəliyi),  göbələk



toksini  və  s.  işləyib  hazırlamışlar.  Bu  barədə  məlumatlar  müxtəlif  səviyyələrdə  qiymətləndirilir.  Açıqlanan

məlumatlara əsasən bioloji TƏHLÜKƏNİ BELƏ QİYMƏTLƏNDİRƏ BİLƏRİK:



a)

2000-ci  illərdə  kütləvi  qırğın  silahlarının  müasir  hərbi  texnologiya  sahəsində  böyük  irəliləyiş  nəzərə  çarpır.

Xüsusilə nüvə silahı, kimyəvi bakterioloji (bioloji) maddələrin inkişafı və texnologiya transferi nəticəsində bioloji

— kimyəvi silah istehsal edən ölkələrin sayı artır. Bu səbəbdən gələcəkdə döyüş meydanlarında kimyəvi və bioloji

silahların tətbiqi ilə ətraf təbii mühitə qarşı təhlükə yaranacaqdır.


b)

Bu  təhlükə  hərbi  əməliyyatın  hər  növündən  törəyə  bilər.  Kütləvi  qırğın  silahlarına  malik  olan  ölkələrin

siyahısı artır və hərbi məqsədə nail olmaq üçün bu silahlardan istifadə ehtimalı çoxalır. Bu imkan xüsusilə inkişaf

edən  ölkələr  tərəfindən  açıq  və  ya  gizli  texnologiyanın  transferi  şəklində,  ölkələr  arasında  bağlanan  siyasi

müqavilələrlə təmin edilir.

c)

KQS-nin (kütləvi qırğın silahlarının)  yaratdığı böyük təhlükə kimyəvi və bakterioloji silahların yayılması ilə

bağlıdır. Bioloji silah texnologiyasında 20-30 il ərzində çox böyük irəliləyiş və yeniliklər gözlənilir.

d)

Beynəlxalq  Atom  Enerjisi  Agentliyi  tərəfindən  təhlükə  mənbəyi  kimi  qiymətləndirilən  Ermənistanın



"Metsamor 1 və 2", Bolqarıstanın "Kozloduy 1 və 2" stansiyalarının istismar edilməsi də təhlükənin miqyasını

genişləndirə bilər.



e)

1995-ci  ildə  Tokio  metrosunda  zarin  zəhərləyici  maddəsindən  terrorçu  təşkilatın  istifadə  etməsi  nəticəsində

yaranan sensasiya digər terrorçu təşkilatlara nümunə olmuşdur.

Göstərilən səbəblərə görə bölgəmizdə kütləvi qırğın silahlarının təkmilləşdirilməsi potensial bir təhlükə yaradır.

Beynəlxalq  qruplaşmaların  silahlarına  təhlükəsi  və  bu  təhlükəni  yaradan  amillər  sırasına  terrorizm,  qiyam,

ixtişaş  halları, həmçinin  vətəndaş  müharibələrində  hakimiyyətə  qarşı çıxan  qrupların  və  mütəşəkkil  cinayətkarlıq

törədən  dəstələrin  fəaliyyəti  daxildir.  Bu  kimi  qrupların  imkanları  dövlət  və  ölkələrə  nisbətən  fərqlidir.  Lakin

həmin qruplar əhəmiyyətli təhlükə mənbəyi kimi öz təsirini saxlayır.

Terror  hadisələri  kiçik  və  bir-biri  ilə  sıx  əlaqədə  olan  qruplar  tərəfindən  törədildiyinə  görə  kəşfiyyat

orqanlarının  böyük  səylərinə  baxmayaraq  onların  əvvəlcədən  müəyyən  edilməsi  çətindir.  Kütləvi  qırğın  silahları

(KQS) və raket texnologiyası üzrə mütəxəssislərin öz ölkələrindən xaricə çıxma ehtimalı azdır. Bu cür hallar əsasən

proqramın  gerçəkləşdirilməsini  dayandırmış  və  sürəti  azaltmış  dövlətlərlə  proqramı  inkişaf  etdirən  dövlətlər

arasında  baş  verir.  KQS-yə  sahib  olan  terrorçu  qruplar  yenə  də  əsas  potensial  təhlükə  mənbəyi  sayılır.  Bu

silahlarla təchiz edilmiş terrorçular zorakılıq aksiyalarında hər cür fəlakəti törədə bilərlər.

Bir sıra terrorçu qruplar nüvə silahı ilə silahlanmaq üçün lazımi maliyyə və texniki vasitələrə malik deyil, ancaq

radiasiya yayan cihazlarla bəzi bakterioloji və kimyəvi döyüş maddələrinin istehsalı üçün lazımi zəruri materiallar

əldə edə bilərlər.

İran,  Suriya  və  Liviya  kimi  dövlətlərin  hesabına  uzun  illər  bəzi  qruplaşmalar  dəstəklənmişdir.  Lakin  heç  bir

dəstək  verən  ölkənin  bu  kimi  qruplaşmaları KQS  ilə  silahlandırmaq  niyyəti  yoxdur.  Bunun  səbəbi  onları silahla

təmin edən dövlətə qarşı müəyyən vaxtda həyata keçirilə biləcək əks-tədbir təhlükəsidir.

Beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmaların KQS-ni ələ keçirmək, ondan istifadə etmək və ya  onu  satmaq

potensialı  son  bir  neçə  il  ərzində  artmışdır.  Bu  hal  xüsusilə  keçmiş  SSRİ  üçün  bir  neçə  il  səciyyəvi  olmuşdur.



Bugünkü  bioterrorizm  faktorları  danılmaz  gerçəklikdir.  2001-ci  ilin  payız  ayında  ABŞ-da  baş  verən

hadisələri yada salmaq kifayətdir. Həmin vaxt poçt vasitəsilə Sibir xorası 23 insanı yoluxdurmuş və onlardan

5 nəfər həlak olmuşdur.

Bioloji vasitələrin əsas təhlükəli xüsusiyyəti ondan ibarətdir ki, onun az dozasının tətbiqi ilə yüksək effekt alınır

və yoluxucu xəstəlik epidemiyası törənir. Bundan başqa bir sıra xəstəlik törədicilərinin ətraf mühitə qarşı təsirinin

davamlılığı müddətli zəhərli zonaların yaranmasına şərait yaradır.

Kiçik  dozalı bioloji  vasitələrin  rəng,  dad  və  qoxusunun  yoxluğu  onların  tətbiqinə  və  yayılmasına  yaxşı  şərait

yaradır.  Bakterial  vasitələr  kimi  xəstəlik  keçiricilərindən  (cücülərdən,  gəmiricilərdən  və  s.),  yaxud  sursatlarda

yerləşdirilmiş yoluxucu xəstəlik törədən suspenziya və tozlardan istifadə olunur. [1, səh. 30-34]

Bioloji vasitələr kimi istifadə olunan maddələr bunlardır:

1.İnsanlar üçün:

bakterioloji xəstəlik törədiciləri (taun, tulyaremiya, brusellyoz, Sibir xorası, vəba);



virus xəstəlik törədiciləri (çiçək xəstəliyi, sarı qızdırma);

riketsior törədiciləri (yatalaq xəstəliyi, xallı qızdırma, KU qızdırması);



göbələk xəstəliyi törədiciləri;



2.

Heyvanlar üçün:

dalaq, mal və donuz taunu xəstəliyi, Sibir xorası, saqqa xəstəliyinin törədiciləri və s.



3.

Bitkilər üçün:

taxılın pas xəstəliyi törədiciləri;



kartof sitoftorazası;

kənd təsərrüfatı bitkiləri üçün zərərverici cücülər.



Mikroblar,  o  cümlədən  yoluxucu  xəstəlik  törədiciləri  ölçüsündən  asılı  olaraq  bakteriyalara,  viruslara,

rikketsiyalara, göbələklərə bölünür. Bakteriyalar yalnız mikroskop altında görünən, sadə bölünmə yolu ilə çoxalan

bir hüceyrəli mikroorqanizmlərdir.

Viruslar  ölçülərinə  görə  ən  kiçik  bakteriyalardan  yüz  dəfələrlə  kiçik  olan  mikroorqanizmlərdir.

Viruslar  bakteriyalardan  fərqli  olaraq  canlı toxumaların  hüceyrələrində  inkişaf  edirlər.  Viruslar  təbii  çiçək,  sarı

qızdırma və başqa xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Rikketsiyalar — bakteriyalar və viruslar arasında orta vəziyyət tutan mikroorqanizm qruplarına aiddir.

Mikroblu  toksinlər  —  səpici  yatalaq  xəstəliyinin  törədiciləri  -  bəzi  bakteriyaların  həyat  fəaliyyətini  təmin

edir və yüksək toksiki xassəyə malikdır. Bu mikroblar qida yolları ilə insan, yaxud heyvan orqanizminə düşdükdə



ağır zəhərlənməyə, əksər hallarda ölümə səbəb olur. [2, səh.39-41]

XIX əsrin əvvəllərində insan tərəfindən təbiətin müəyyən sirləri və potogen mikroorqanizmlərin yayılma vasitələri

öyrənildikdən  sonra  bioloji  silah  yaratmaq  məqsədi  ortaya  çıxmışdır.  Artıq  I  Dünya  müharibəsi  zamanı  hərbi

nöqteyi-nəzərdən bioloji vasitələri tətbiq etməyə cəhd göstərmişdir. Təxribat yolu ilə vəbani, Sibir xorasını, toksini

törədən genişmiqyaslı bioloji hücum vasitələrindən istifadə edilmişdir.

1952-ci  ildə  Cenevrə  şəhərində  Birləşmiş  Millətlər  Təşkilatları  tərəfindən  “Bioloji  silahın  qadağan



edilməsi barədə konvensiyanın qəbul edilməsi bəşəriyyətin ən böyük nailiyyəti olmuşdur. 24 ölkə nümayəndəsinin

iştirakı  ilə  ictimaiyyətin  təzyiqi  altında  "Müharibə  zamanı  boğucu,  zəhərləyici  və  digər  ziyanlı  qazların,



bakterioloji vasitələrin tətbiqini qadağan edən protokol" imzalanmışdır.  Lakin Cenevrə protokolu kimyəvi və

bioloji silah sahəsində aparılan tədqiqatların, həmçinin bəzi ölkələrin hərbi arsenalında bu silahların yığılmasının

qabağını ala bilməmişdir.

1971-ci ildə BMT-nin Baş Assambleyasının 26-cı sessiyası bütün  ölkələrə  bioloji  silahın hazırlanmasını qadağan

etmək və mövcud ehtiyatları məhv etmək barədə öz təklifini vermişdir. Konvensiya mətninin orijinalı üç ölkədə —

ABŞ, Böyük Britaniya və Rusiyada saxlanılır. Hal-hazırda konvensiyaya qoşulmuş ölkələrin sayı 130-dan çoxdur.

Lakin hələ bəzi ölkələr bu sənədin altında öz imzasını qoymamışlar.

Planetimizin çoxsaylı mikroblar aləmində insan və heyvanların orqanizmləri ilə birgə yaş ayan təxminən

3500  mikrob  mövcuddur.  Bu  mikroblar  insan  üçün  ya  patogen,  ya  da  şərti  patogen  sayılır,  yəni  xəstəlik

yaratmağa  malikdir.  Bioloji  agent  rolunda  terror  aktını  həyata  keçirmək  üçün  mikrobun  30-40  bioloji

növündən istifadə etmək kifayətdir. Tez və ya gec olsa da həmişə terrorçular öz əməliyyatlarında bütün kütləvi

qırğın vasitələrinə üstünlük verirlər. Bu, bir sıra amillərlə əlaqədardır.



Birincisi,  bioloji  silah  (BS)  geniş  mənada  strateji  xüsusiyyətlərə  malikdir  və  effektinə  görə  nüvə  silahı  ilə

müqayisə oluna bilər. Kimyəvi silahın daha az təsir qüvvəsi var və ümumilikdə taktiki silah sayılır.



İkincisi,  terrorçu  qrup  üçün  bioloji  silah  ələ  asan  keçirilən  silahlardan  biri  sayılır.  Bəzi  tədqiqatçılar  hesab

edirlər ki, bioloji silaha nisbətən adi silahlar 200 dəfə, nüvə silahı 800 dəfə, kimyəvi silah isə 600 dəfə baha başa

gəlir.

Üçüncüsü,  bioloji  qırğın  vasitələrinin  təxribat  yerinə  çatdırılması və  tətbiqi  asan  olduğuna  görə  hamını cəlb

edir. Onlar ənənəvi antiterror sistemləri ilə aşkar olunur. Bioloji patogen agentlər (BPA) adi dərman preparatlarının

adı altında lazım olan ölkələrə keçirilə bilər.

Dördüncüsü,  bioloji  qırğın  vasitələrindən  təxribat  işində  istifadə  zamanı  onun  mövcud  olması  (inkubasiya

dövründə)  nəticəsində  terror  aksiyasının  vaxtını  və  müəlliflərini  müəyyən  etmək  çətindir.  Bu,  təxribat  aktını

gizlətməyə imkan verir və məsuliyyətdən boyun qaçırmağa şərait yaradır. Adi kimyəvi agentlərdən istifadə zamanı

1 km-ə qədər məhvetmə təhlükəsi olan zona yaradılır. Məsələn, toksinlər 10 km-ə qədər sahəni əhatə edir. Bioloji

patogen agentlər isə meteoroloji şəraitdən asılı olaraq külək vasitəsilə bir neçə yüz km-ə qədər asan şəkildə yayıla

bilər.  Arqalearifli  təxribat  vasitəsinin  (aerozolların  portativ  generatorlarının),  toz  buraxan  penalların və  digər

qurğuların köməkliyi sayəsində insanların sıx olduğu yerlərdə müəyyən an içərisində havanı zəhərləmək, şəhərin

su təchizatı sisteminə zəhərli maddələr buraxmaq olar. Bu da öz növbəsində əhali arasında gözlənilməz, çətin başa

düşülən  xəstəliklərin  yaranmasına,  ümumi  çaxnaşmaya,  ictimai-sosial  vəziyyətin  ciddi  gərginləşməsinə  gətirib

çıxara bilər.

Terror aktı zamanı şəxsi heyət arasında infeksiyaya yoluxmuş insanlar aşkarlandıqda epidemiyaya qarşı görülən

işlərin  effektivliyi  zərərverici  təsirlərdən,  şəxsi  heyəti  qorumaq  üçün  kompleks  tədbirlərin  vaxtında  həyata

keçirilməsindən  asılı  olur.  Bioloji  silahdan  müdafiə  işi  qoşunların  kütləvi  qırğın  silahlarına  (KQS)  qarşı

ümumi qorunma sisteminin bir hissəsidir. [3, səh. 41]

Zərərverici bioloji agentlərin şəxsi heyətə təsirinin qarşısını almaq və təsir dərəcəsini azaltmaq üçün ştatda olan

fərdi və texniki mühafizə vasitələrindən istifadə edilir.

Bioloji silaha qarşı fərdi texniki mühafizə vasitələrinə süzgəcli  və  izolyasiyaedici  əleyhqazları (PBF,  PMQ-2,



İP  —  46M  və  s.),  dərini  qoruma  vasitələrini  (ümumqoşun  mühafizə  komplekti  -  ÜMK,  yüngül  qoruyucu

kostyum  –   -  l,  ümumqoşun  kompleks  qoruyucu  kostyum  -  ÜKQK  və  s.)  misal  göstərə  bilərik.  Bioloji

aerozolun ikinci dəfə yaranması şəraitində II-2 respiratorundan da istifadə oluna bilər. Sözügedən vasitələr nəfəs

orqanlarını, selikli qişanı və dərini bioloji substansiyaların təsirindən etibarlı qoruyur.

Kollektiv  mühafizə  vasitələrinə  səyyar  obyektlər  (hərbi  texnika)  və  xüsusi  avadanlığa  malik  olan  istehlak

qurğuları aiddir. Şəxsi heyəti bioloji silahdan qorumaq üçün həm də səhra sığınacaqlarından (üstü örtüklü yerlər,

yarıqlar,  blindajlar),  hazırlanmış  zirzəmilərdən,  yaşayış  və  xidməti  binalardan  istifadə  edilir.  Bioloji  silahın

zərərverici  təsirini  azaltmaq  üçün  şəxsi  heyət  zəhərlənmiş  ərazidə  yerləşmə  qaydalarına  ciddi  riayət  etməyə

borcludur.



Bioloji zəhərlənmə ocağında nələr qadağan edilir:

— Fərdi qoruyucu vasitələri çıxarmaq, içmək, siqaret çəkmək, qida qəbul etmək, yoluxmuş vasitələri çıxarmaq,

əşyalara  ehtiyac  olmadan  toxunmaq,  qabaqcadan  dezinfeksiya  olunmamış  torpağa  oturmaq  və  uzanmaq,  lazım

olmadan yoluxmuş ərazidə hündür yaşıllıq və sıx kolluq arasında hərəkət etmək.

Yoluxmanın  yayılmasına  qarşı  profilaktika  üçün  müxtəlif  bölmələr  arasında  əlaqələr  məhdudlaşdırılmalı,

maksimum  dərəcədə  bir-birindən  ayrı olmaq  üçün  şəxsi  heyət  ayrı-ayrı qruplara  (manqa,  ekipaj,  dəstə  və  s.)



bölünməlidir. Qruplar ayrıca yerləşir, onlar arasında qadağa qoyulur, qida qəbulunda ciddi qaydalara riayət olunur.

[4, səh. 75]

Bioloji silah vasitəsilə törədilən terror aktı nəticələrinin aradan qaldırılması zamanı hərbi bina, zəruri obyekt və

hərbi  hissə  ərazisində  vaxtlı-vaxtında  dezinfeksiya  tədbirlərinin  həyata  keçirilməsi  mühüm  rol  oynayır.  Şübhəli

poçt  zərfi,  maye  və  ya  ovuntuya  bənzər  tozlu  vasitələr  aşkar  edildikdə  binada  30  dəqiqəlik  intervalla  (döşəmə,

divar, qapı, avadanlıq, mebel və s.) dezinfeksiya məhsullarından biri ilə (4%-lik aktiv xloramin məhlulu, 4%-li

xlorəhəng  məhlulu,  4%-Ii  aktiv  DSQK  məhlulu,  0,5%  yuyucu  vasitə  ilə  6%-li  hidrogen  peroksid)  ikiqat

islatma  işi həyata  keçirilir.  İkiqat  islatma  işindən  sonra  120  dəqiqə  ərzində  ekspozisiya  saxlanılır,  sonra  otaqda

nəmli təmizləmə işi görülür.

Ehtimal  edilən  bioloji  təhlükəsizlik  aktı  ilə  bağlı  olaraq  bioloji  yoluxmaya  qarşı  profilaktika  üçün  aşağıda

göstərilən tələblərə riayət etmək lazımdır:

  Hərbi  hissələrdən  kənarda  və  ya  nəzarət  —  buraxılış  məntəqələrində  komandanlığa  və  başqa  hərbi

qulluqçulara  göndərilmiş  məktubları,  qovluqları,  bağlamaları  və  naməlum  adamlar  tərəfindən  verilmiş  əşyaları

qəbul etmək olmaz.



Hərbi hissənin ərazisində, binanın içində, kabinetlərdə və digər yerlərdə, habelə ərazi ətrafında  şübhəli

mayeləri, ovuntuya bənzər vasitələrin yayılmış hissələrini tapanda nə etmək lazımdır:

 bu barədə hərbi hissə növbətçisinə məlumat vermək (telefonla);

 şübhəli bağlamalara əl vurmamaq;

 zərfi və digər bağlamanı açmaq və silkələmək qadağandır;

 şübhəli sayılan əşyanı başqa insanlara verməmək;

 zərf və ya digər bağlamanı polietilen paketə qoymaq və möhkəm möhürləmək;

pəncərələri  bağlamaq,  hava  təmizləyici  sistemi  söndürmək,  otaqları  tərk  etmək  və  başqa  insanları  ora

buraxmamaq;

 əlləri hər hansı dezinfeksiya vasitəsilə (spirt, araq, dezodorant, lasyon) təmizləmək, əlləri tamponla silmək,

yod məhlulu və ya sabunla yumaq.

Təbiətin bioloji agentinin köməyilə törədilən terror aktı zamanı sadalanan tədbirləri həyata keçirdikdə faciənin

zərərverici  təsiri  xeyli  azalır.  Bu  da  hərbi  qulluqçuların  həyat  və  sağlamlıqlarının  qorunmasına,  döyüş

tapşırıqlarının uğurla yerinə yetirilməsinə imkan yaradır. [5, səh. 102-103]

NƏTİCƏ

Məqalədə  açıqlanır  ki,  XXI  əsrdə  hərbi  texnologiyanın  inkişafı,  kütləvi  qırğın  silahlarının  təkmilləşdirilməsi

istiqamətində böyük irəliləyiş gözlənilir. Xüsusilə bioloji və kimyəvi maddələrin istehsalı və texnologiya transferi

nəticəsində bioloji silah istehsal edən ölkələrin sayı artacaqdır.

Məqalədə qeyd edilir ki, bioloji döyüş maddələrinin elmi tədqiqatı, təkmilləşdirilməsi, sınaqdan keçirilməsi və

hazır  silah  kimi  istehsal  mərhələsi  yüksək  temp  ilə  davam  edir.  Bu,  gələcəkdə  döyüş  meydanlarında  insanlara

təhlükə yarada bilər.

Terror  aktı  zamanı  şəxsi  heyət  arasında  infeksiyaya  yoluxmuş  insanlar  aşkarlandıqda  epidemiyaya  qarşı

görülən işlərin səmərəliliyini artırmaq  və  zərərverici  təsirlərdən  şəxsi  heyəti  qorumaq  üçün  kompleks  tədbirlərin

vaxtında həyata keçirilməsi barədə tövsiyələr verilir.



РЕЗЮМЕ

В  данной  статье  говорится  о  развитии  военной  технологии  и  больших  достижениях  в

усовершенствовании оружия массового поражения (ОМП) в XXI веке, отмечается увеличение количества

стран,  производящих  химическое  и  биологическое  оружие  в  результате  технологического  развития

трансфера.

Также  в  статье  обращается  внимание  на  то,  что  в  мире  быстрыми  темпами  идёт  исследовательская

работа  над  химическими  веществами,  над  усовершенствованием  их  уничтожающего  действия,  над

проведением испытаний химического оружия.

В заключительной части статьи говорится о проведении комплексных мероприятий, предпринимаемых

после  совершения  террористического  акта,  а  также  мероприятий  ограничивающих  распространение

эпидемии  во  время  применения  химического  оружия,  эффективной  и  своевременной  защите  личного

состава от действия химического оружия.



SUMMARY

The article deals with both - the development of the military technology and the improvement of the weapons

of  mass  destruction  (WMD)  in  the  21st  Century.  Especially  as  a  result  of  the  production  of  biological  and

chemical  elements  and  their  transformation  to  the  technology,  the  number  of  biological  weapons  producing



countries  will  increase.  In  the  article  the  scientific  research  of  biological  warfare  elements,  their  readiness  for

production are looked through from the point of view of modern technology. This can cause danger for people in

the battlefield in future.

The  article  also  deals  with  the  problems  of  epidemic  danger  among  personnel  and  the  effectiveness  of  the

taking measures to avoid the epidemic, to keep out of danger the personnel and to take prompt action.

ƏDƏB İYYAT:

1.  Süleymanov  Т.,  Bağırov  G.,  V.  Məmmədov.  "Kütləvi  qırğın  silahlarının  təkmilləşdirilməsi  və  terror

təhlükəsinin qiymətləndirilməsi". "Hərbi bilik", №3, 2007

2."Kütləvi qırğın silahlarından mühafizə". Bakı, BABKM mətbəəsi, 1999

3.Süleymanov  T.,  Piriyev  H.,  Bağırov  G.,  Məmmədov  V.  "Kütləvi  qırğın  silahlarının  təkmilləşdirilməsi  və

ekoloji təhlükənin qiymətləndirilməsi". "Hərbi bilik ", № 2, 2007

4."Войсковой вестник" jurnalı, 2008

5."Bioloji təhlükə zonasında", "Hərbi bilik", № 4, 2009



H.  Əliyev  adına  Azərbaycan  Ali  Hərbi  Məktəbin  "Mexanika"  kafedrasının  professor-müəllim

heyətinin 18 dekabr 2010-cu il tarixli iclasının qərarı ilə (protokol № 22) çap üçün məsləhət görülmüşdür.

XARİCİ ORDULARDA

Çin  insana  və  onun  təsərrüfat  fəaliyyətinə  əlverişsiz  hava  şəraitinin  təsirini  aşağı  salmağa  imkan  verən

texnologiyaları  inkişaf  etdirmək  niyyətindədir.  Bu  barədə  Çinin  Dövlət  Meteorologiya  İdarəsinin  rəisi  Çjen

Qotsyan bəyanat vermişdir.

"Havanın  dəyişdirilməsi  ilə  bağlı yaranan  məsələ  bədbəxt  hadisələrin  yaranmasının qarşısının  alınması və

müasir  aqrotexnikanın  inkişafına  yönəlmişdir"  -  deyə  Sinxua  agentliyi  hava  tədqiqatlarının  maliyyələşdirilməsi

üzrə keçirilən iclasda ölkənin baş meteoroloqunun çıxışından sitat gətirmişdir.

Çjen Qotsyan belə demişdir: "XXI əsrin ortalarına doğru Çin su çatışmazlığı ilə üzləşəcəkdir. Bu vaxt ölkə

vətəndaşının hər birinə 1,7 min m

3

 su ehtiyatı lazım gələcək. Ona görə də biz havaya nəzarət etməyə borcluyuq".



Onun  sözlərinə  görə,  havaya  təsir  etmək  imkanı atmosferdəki  nəmişlikdən  daha  effektli  istifadə  etməyə,  ekoloji

şəraiti,  şəhər  və  kənd  rayonlarının  su  ilə  təminatını  yaxşılaşdırmağa  kömək  göstərəcəkdir.  Havanın  qəfildən

dəyişməsinin qarşısının alınması ilə bağlı məsələ 2008-ci ildə Olimpiya oyunları kimi böyük tədbir keçirilən zaman

meydana çıxmışdır.

Çin  Maliyyə  Nazirliyi  2009-cu  ildən  etibarən  havaya  təsiretmə  texnologiyalarının  inkişafı  ilə  bağlı  işləri

ayrıca  maddə  əsasında  maliyyələşdirir.  2010-cu  ilin  ilk  9  ayı ərzində  bu  məqsədlə  762  mln  yuan  (114  min  ABŞ



dolları) xərclənmişdir ki, bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.

"ЗАРУБЕЖНОЕ ВОЕННОЕ ОБОЗРЕНИЕ" jurnalı, №1, 2011-ci il


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə