dənəvərləşdirir, pasta formasına keçirilir, dondurulur,
onlarla reaksiya girməyən
maddələrlə qarışdırılır və s.
Bütün bunlar texnoloji proseslərin təhlükəsiz aparılması üçün edilir.
1.9 Partlayış təhlükəli əmələgələnlərin aradan qaldırılması. Fleqmatizasiya
...... Statistik məlumatlar (FHN ) göstərirki, ümumi qəzaların 50%-dən çoxu
buxar qaz qarışığının partlayışından əmələ gəlir. Həm də bu partlayışlar əsasən
çoxu bağlı aparatlarda və boru kəmərlərində baş verməklə, böyük dağıntılara səbəb
olur. Ona görə də olduqca vacib amillərdən biri aparatlarda partlayış yaradan
qazların əmələgəlmə səbəblərinin öyrənilməsi və onların aradan qaldırılması üzrə
tədbirlərin görülməsi olduqca vacibdir.
Bir çox böyüktonnajlı məhsulların alınması
prosesi üzvi maddələrin
oksidləşməsi yolu ilə aparılır. Belə proseslərə metanolun formaldehidə çevrilməsi,
etilenin etilen oksidinə çevrilməsi, ammonyakın azor oksidinə çevrilməsi və s.
aiddir. Belə oksidləşmə prosesində aparatlarda partlayış təhlükəli maddələr əmələ
gəlir və olduqca təhlükəli qəzalar baş verir ( inisatorların iştirakı ilə ).
Belə partlayışların qarşısının alınması üçün texnoloji prosesi elə şəraitdə
aparırlar ki, partlayış törədici maddələrin miqdarı aşağı
həddən az olsun, yaxud
yuxarı partlayış həddi qatılığından yüksək olsun.
Eyni zamanda elə tədbirlər görülür ki, aparatın daxilində alovlanma implusları
olmasın, elektrik yükləri yaranmasın, öz-özünə alışan maddələr ( pirofor) əmələ
gəlməsin.
Aşağı alışma həddində prosesin aparılması olduqca çətindir. Çünki aşağı alışma
həddi-qatılığı olduqca azdır. Ona görə də bağlı aparatlarda prosesləri alışma
həddinin yuxarı qatılığında yüksək həddə aparırlar.
Lakin burada prosesə əlavə
komponentlər-fleqmatizatorlar qatırlar və onların iştirakı ilə qarışıq yanmayan olur.
Fleqmatizatorlar inert komponent və yaxud inqibitorlar ola bilərlər.
Inert komponentlər (istilik fleqmatizatorları ) birbaşa yanacaq maddə ilə
oksidləşdiricinin işində iştirak etmir, alışma temperaturunu aşağı salır və alışma
həddi qatılığına təsir edir. Inert komponentin əlavə edilməsi ( durulaşdırılması )
yanacaq maddə ilə oksidləşdirici qarışığının alışma qatılığını yaxınlaşdırır və inert
komponentlə yanacaq maddənin elə qarışığı yaranır ki, bu həddə ( alovlanma
həddinin “MİS”i yaranır ) alovlanma-partlayış yaranmır. .....
Inqibitor-fleqmatizatorlar əks halda katalizator təsiri yaradır,
dəyişməyən
temperaturda reaksiyanı əyləndirir........
Texnoloji proseslərin təhlükəsizliyini təmin etmək üçün yanacaq maddə ilə
oksidləşdirici, eləcə də fleqmatizator qarışı nisbətləri aparatlarda avtomatik
üsullarla tənzimlənməlidir.......
Dostları ilə paylaş: