Sürüşmənin digər təzahürü relaksiyadır.Relaksiya isti kommunikasiyalarda
bolt və şpilkaların boşalmasıdır və bu baş verdikdə maye və ya qaz axını baş
verir.Bu isə hər vaxt qəza baş verməsinə səbəb ola bilər.Ona görədə bolt,qayka və
şpilkaları dövri olaraq çəkmək lazımdır.
Konstruksiya materiallarının istiliyə davamlılığı onların uzun müddət yüksək
tempraturda mühitin korroziya təsirinə müqaviməti ilə müəyyən edilir.
Buxar qazanlarında divarların istiliyi hədsiz qızması nəticəsində metalın
oksidləşməsi baş verə bilər.Oksidləşməyə səbəb yanma məhsulunda olan
oksigendir.
Pasa yaranması nəticəsində (pas,oksidləşmə məhsulu)qazanı divarında çökmə
(boğulma)baş verər və suda dağılma ilə nəticələnə bilər.
Karbonlu və molibdenlə üzlənən poladlarda 450 S də 1-ci ,480 S də 2ci dəfə
qrafitlə.mə gedir.Bu isə metalın zərbə özlüyünün azalmasına və digər xassələrinin
pisləşməsinə səbəb olur.
Korroziyaya qarşı möhkəmliyi artırmaq üçün ,poladın istiyə davamlılığını
yüksəltmək üçün xrom əlavə olunur.O isə plyonka yəni ortuk əmələ gətirir.
Metalların mexaniki xassəsini qiymətləndirmək üçün onların istismarı zamanı
imitasiya formalı yoxlama keçirilir.Materialın davamlılığını daha düzgün
proqnozlaşdırmaq üçün normativ texniki sənədlərlə müəyyən edilir.
Çoxsaylı mexaniki yoxlama üsulları mövcuddur .Onlardan xüsusi qrupa aid
olanı texnoloji nümunə adlanır və bu üsulla metalın konkret hansı texnoloji proses
üçün yararlı oldğu müəyyən edilir.Onlardan metalın verilən bucağı qədər
əyildilməsidir və s..
Dostları ilə paylaş: