Belə hallar xüsusi ilə təzyiq altında, yüksək temperaturla işləyən
avadanlıqlarlatəhlükəlidir.Belə yerlərdə ən az çatışmazlıq böyük qəza və yanğın
yaranmasına səbəb ola bilər.
Yanğının bina və qurğularda yaranması və yayılması həm də onların
konstruksiyalarının hansı materiallarda hazırlanmasından asılıdır...
...Konstruksiya materialları yanan olduqda yanğın ehtimalı yüksəlir , onun
yayılması reallaşır.Əgər konstruksiya materialları qeyri-üzvi maddələrdən
hazırlanarsa,onda yüksək temperatur təsirindən konstruksiya dağıla bilər.Ona görə
də bilmək lazımdır ki,yanğın zamanı bu və ya digər material necə təsir
bağışlayacaq...Binalar yaxın olduqda və aralıqlar yanan maddədən-materialdan
olduqda yanğının genişlənməsi təhlükəsi böyükdür.
Yanğın zamanı işçilərin evakuasiya olunmasının qısa zamanda təşkili ,
arakeçmələrin genişliyi,böyük əhəmiyyət kəsb edir.Təhlükə buxar-,qaz- və tozvari
qarışığın partlayışı və yanğını zamanı böyük olduğundan çəpərlərin (oqrajdeniya)
yüngül konstruksiya və materialdan hazırlanması onun asan atılmasına imkan
verir.
Yanğının söndürülməsi və ya onun söndürülməsinə şərait yaradan
tədbirlərin nəzərdə tutulması vacibdir ; onlara tüstülərin yayılmaması və çıxması
üzrə lüklərin qoyulması,xüsusi pilləkənlərin olması,dəhlizlərin genişliyi,su
mənbələrinin olması və s. aiddir.
Bütün bu vəziyyətlər bina və qurğuların layihələndirilməsi və tikintisi
normalarında nəzərdə tutulur.
Bir çox normativ sənədlər (mühəndis-texniki məsələlər,yanğın
təhlükəsizliyinin təmini üzrə müxtəlif məsələlər) uyğun elmi-tədqiqat və layihə-
konstruktor təşkilatlarının apardıqları işlərin nəticəsi əsasında hazırlanır...
Dostları ilə paylaş: