Azərbaycan Memarlıq və İnşaat Universiteti
İnşaat texnalogiya fakultəsi
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası
Fənnin adı :
Sənaye təhlekəsizliyi
Mövzu 13 :
İstehsalatda təmir və təmizləmə işlərində təhlükəsizlik
Müəllim ( Mühazirəçi ) :
t.e.n. dos. M.Q.Hümbətov
MÜHAZİRƏNİN PLANI
13.1
İstehsalatda təmir və təmizləmə işlərində təhlükəsizlik
13.2
Avadanlıqların təmirində texniki xidmət sistemi
13.3
Təmir işlərinə hazırlıq və onun təşkili
13.4
İşin hündürlükdə aparılması
13.5
Qaz, partlayış və yanğın təhlükəli yerlərdə iş
13.6
Təmizləmə işləri zamanı təhlükəsizlik
:
Bakı – 2021
MÖVZU 13
13.1 İstehsalatda təmir və təmizlənmə işlərində təhlükəsizlik.
Sənaye sahələrində zədəalmaların təhlili göstərir ki,zəhərlənmə və mexaniki
zədələrin 20%-dən çoxu təmir və təmizlənmə işlərində baş verir.Bütün
bunlar
təmir və təmizlənmə işlərinin çoxunun əl ilə aparılması ,işlerin narahat yerlərdə
olması, işçinin aparatda zəhərli maddələrlə təmasda olması ,
bşəzi halda nisbətən
aşağı və yuksək temperatur şəraitində olma səbəbindəndir.Təmir və təmizləmə
işlərində işçi adət etmədiyi şərait yaranır, yeni işçilər gəlir(təmirçilər)
və onlar iş
şəraitini bilmirlər.Bəzi hallarda isə təmirçilərlə istismarçılar bir-biri ilə
razılaşdırılmamış işlər görürlər.Elə
hallar olmuşdur ki,istismarçılar maşın və ya
aparatı işə saldığı halda, həmin vaxt təmirçilər işlləyiblər.Bunlar isə qəzaya səbəb
olub...
Uzun müddət (illər) zədəalmanın analizi nəticəsində sənayedə 50%-dən çox
mexaniki zədələr olduğu məlum olmuşdur.Zədələrin şoxu avadanlıq və
kommunikasiyalarda olan nasazlıqların aradan qaldırılması zamanı baş
verir.Sökülüb yığılma zamanı 25% qəza baş verir.Avadanlıqların yerdəyişməsində
(qaldırıb-endirilməsində) 14%, elektrik avadanlıqları
və xətlərində isə bu rəqəm
10%-təşkil edir.
Zərərçəkənlərin əsas hissəsini təmirçilər təşkil edir,
çilingər və
elektromantyorlar (80%),növbətçi çilingər və elektroçilingərlər (12%),təmirçilər
(8%).
Qeyd olunanlar göstərir ki, təmizləmə və
təmir işlərinin təşkili və
aparılmasında təhlükəsiz əmək şəraitinin yaradılması böyük əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: