III mühazirə
Turşu və əsaslar haqqında protolitik nəzəriyyə İsveç alimi Arrenius tərəfindən təklif edilmiş klassik elektrolitik dissosiya nəzəriyyəsinə görə turşular dissosiya zamanı özündən H3O+ kationu, əsaslar isə OH- anionu ayıran birləşmələrdir.
HCl ⇄ H+ + Cl-;
NaOH ⇄ Na+ + OH-;
H2O ⇄ H+ + OH- Elektrolitik dissosiasiya nəzəriyyəsinin bir sıra çatışmayan cəhətləri var. Belə ki,
1)Bu nəzəriyyə dissosiasiya prosesinin əsl səbəbini izah edə bilmir.
2)Üzvi maddələrin turşu və əsaslıq xassələrini lazımi şəkildə izah edə bilmir.
3)Həlledicinin rolunu bu baxımdan nəzərə almır.
4)İonların məhlulda solvatlaşmış formada olma imkanını dəyərləndirmir.
Buna görə 1923-cü ildə Danimarka kimyaçısı Brensted və eyni vaxtda ingilis alimi Louri turşu və əsaslar haqqında daha təkmil nəzəriyyə iləri sürdülər ki, bu nəzəriyyə protolitik nəzəriyyə adlanır. Mahiyyəti: maddələrin protona münasibətinə əsaslanır. Turşu və əsaslar haqqında olan bu nəzəriyyə turşuya özündən proton ayıran maddə, əsasa özünə proton birləşdirən maddə kimi baxılır.
𝑂𝐻3 +→ 𝐻+ + 𝐻2𝑂;
turşu
𝑂𝐻- + 𝐻+ →𝐻2𝑂
əsas
Protolitik nəzəriyyə həmçinin qoşulan turşu və əsas anlayışlarını təklif edir. Məsələn HCN özündən proton ayıraraq qoşulan əsas ( CN- ) əmələ gətirir. Deməli (CN-) bir əsasli HCN turrşu ilə qoşulan əsasdır.
HCN → H+ + CN- turşu qoşulan əsasdır.
Turş mühitdə isə CN- əsası özünə proton birləşdirərək qoşulan turşu HCN əmələ gətirir.
CN- + H+→ HCN
Bir çox maddələr var ki, onlar eyni dərəcədə həm proton vermə, həm də proton alma qabiliyyətinə malikdirlər. Məsələn,
𝐻𝐶𝑂3→ 𝐻++ 𝐶𝑂2-3 (qələvi mühitdə turşu kimi)
𝐻𝐶𝑂3+ 𝐻+→ 𝐻2𝐶𝑂3 (turş mühitdə proton qəbul edib əsas kimi)
Bu cür maddələr amfoter birləşmə, və ya amfolitlər adlanır.
Turşu və əsasların qarşılıqlı təsiri reaksiyasını 2 yarımreaksiya şəklində təqdim etmık olar ki, onlar da birləşərək proton mübadiləsilə müşayət olunan turşu-əsasi reaksiya əmələ gətirir.
I yarımreaksiya Turşu1→ H+ +əsas1 II yarımreaksiya əsas2 + H+ → turşu2 turşu1 + əsas2 → əsas1 + turşu2 Qoşulan əsasın yükü turşunun yükünə nisbətən bir vahid mənfidir.
Məs: HCl + H2O → O𝐻3++ 𝐶𝑙- turşu1 əsas2 turşu2 əsas1 Burada 𝑂𝐻3+ (turşu2) başlangıc əsasla (H2O) qoşulan turşu, Cl- (əsas1) isə başlangıc turşu ilə qoşulan əsasdır. Cl- ionu (qoşulan əsas) HCl turşuya nisbətən yükü bir vahid mənfidir. Bu cür proton mübadiləsilə müşaiyət olunan reaksiyalara protolitik reaksiyalar, reaksiya gedişində baş verən tarazlığa isə protolitik tarazlıq deyilir.
𝐻𝐶𝑂3-+ OH-→ 𝐶𝑂3-2+ H2O
turşu
HCO3 + H+ → H2CO3 əsas
Protolitik reaksiya
Protolitik tarazlıq:
Protolitik reaksiyalarda həlledicinin protolizi olduqca əhəmiyyət kəsb edir
Suyun protoliz reaksiyası: 𝐻2𝑂 + 𝐻2𝑂 H3O++𝑂𝐻- turşu əsas
Suyun birinci molekulu proton verib turşu ,ikinci molekulu proton alıb əsas olur.Reaksiyadan yeni turşu (H 3O+) və yeni əsas(OH-) əmələ gəlir ki, bu da amfoter xassə göstərir.
Protolitik nəzəriyyəyə görə adi turşulardan başqa HCO3-,H 3O-, NH4+, AL3+, CHCOOH2+ və s. naddə və ionları da əsas hesab olunur.Tərkibində OH- qrupu olan adi əsaslarla bərabər NH3,