Bişmə prosesinə nəzarət
. Çəkmə üsulu ilə vərəqə şüşənin istehsalı zamanı şüşənin
çeşidi ayrı-ayrı maşınlara görə sabit olmalı, sobanın bütün tərəflərindən
şüşə kütləsinin
götürülməsi eyni olmalıdır.
Şüşənin bişməsi zamanı daim şixtanın və köpüyün keyfiyyəti və vəziyyətinə, bişirmə
hovuzunun sonundan götürülmüş nümunənin keyfiyyətinə, məşəlin alovunun vəziyyətinə,
tullantı qazlarının
tərkibinə, şixta və köpüyün sobanın
eni boyu bərabər şəkildə
yerləşməsinə, şüşə kütləsinin temperaturu və sobanın hörgüsünə, zonalara və odluğa görə
yanacaq sərfinə, ümumi hava sərfinə və s. nəzarət edilir.
Müasir istehsalatda sobada rejimin sabitliyi avtomatik yolla saxlanılır.
Əgər iş
prosesində sobanın istilik rejimini düzəltmək lazım gələrsə,
onda uyğun qaz sərfi kiçik
dozalarla 5-1
gün ərzində dəyişir. Rejimin hər dəfə dəyişməsi zamanı
gün ərzində
prosesdəki dəyişikliyə və şüşənin keyfiyyətinə nəzarət etmək lazımdır.
Sistematik olaraq
şüşənin kimyəvi tərkibinə, yanmanın keyfiyyətinə və s.
nəzarət
edilir.