Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri



Yüklə 0,68 Mb.
səhifə7/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   25
Betonlar

Bərkiməni tezləşdirən əlavələr beton qarışığında hidratasiya prosesini tezləşdirir və betonun erkən bərkimə dövründə möh­kəm­li­yini artırır. Bu cür əlavələrə kalsium-xlorid, natrium-xlorid, nat­rium-sulfat, natrium-nitrat, kalsium-nitrat və s. duzlar aiddir. Əla­və­lərin optimal miqdarı təcrübələr yolu ilə müəyyən edilir (adətən, 12 % olur). Bu halda bəzi əlavələrin mənfi təsiri, məsələn, ar­ma­tu­ru korroziyaya uğratması, yaxud bərkimiş betonun səthində duz lə­kələri əmələ gətirməsi nəzərə alınmalıdır.
Donma əleyhinə əlavələr monolit dəmir-beton konstruk­siya­la­rın betonuna mənfi temperaturda bərkimə qabiliyyəti verir. Bu qrup əlavələrə natrium-nitrat, potaş, kalsium-xlorid, natrium-xlo­rid və digər əla­vələr aiddir. Həmin əlavələri beton qarışığına qat­dıq­da onda olan suyun donma nöqtəsi aşağı düşür. Bərkimə tem­pe­raturu aşağı olduqca, betona qatılan əlavənin miqdarı artırılır (se­mentin kütldəsinin 10 %-i qədər və daha çox).


§ 4. Beton qarışığının xassələri

Beton qarışığı iki əsas tələbi ödəməlidir: 1) daşınarkən, bo­şal­­dılarkən və qəliblənərkən laylanmamalıdır; 2) rahat qoyulan (qə­­­liblənən) olmalıdır.


Rahat qoyulma  beton qarışığının öz ağırlığı yaxud me­xa­­ni­ki təsirin köməyi ilə qəlibi (formanı) doldurmasıdır.
Beton qarışığının rahat qoyulması plastiklik və axarlıqla ya­xud bərkliklə xarakterizə edilir.
Plastiklik beton qarışığının daxili əlaqəliliyini, onun da­ğıl­madan və laylanmadan lazımi formanı əldə etməsi qabiliyyətini müəy­yən edir.
Axarlıq  beton qarışığının öz ağırlığı ilə qəlibin formasını al­ma­sıdır.
Bərklik  beton qarışığının mexaniki təsirin köməyi ilə qə­li­bin formasını əldə etməsidir.
Beton qarışığının axarlığını təyin etmək üçün standart ko­nus­dan istifadə edilir. Standart konus 1 mm qalınlıqlı təbəqə po­lad­dan hazırlanmış və hər iki tərəfdən açıq olan kəsik konusdur. Be­ton qarışığında iri doldurucunun ən böyük iriliyi 40 mm-ə qədər ol­duqda hündürlüyü 300 mm, üst oturacağının diametri 100 mm, alt oturacağının diametri 200 mm olan kəsik konusdan istifadə edi­lir.
Təcrübə zamanı standart konus metal təbəqə üzərinə qo­yu­lur. Konus qabaqcadan su ilə isladılır və beton qarışığı ilə üç də­fə­yə doldurulur. Beton qarışığının hər bir qatı metal çubuqla 25 dəfə sün­gülənir. Konusu beton qarışığı ilə doldurduqdan sonra üzü ha­mar­lanır və konus şaquli istiqamətdə çıxarılır. Bu zaman qə­lib­lən­miş beton qarışığı axarlığından asılı olaraq müəyyən qədər çökə­cək və ya axacaqdır. Konusu çıxaran kimi onu qəliblənmiş beton qa­rı­şı­ğının yanına qoyub xətkeşlə qarışığın çökməsini ölçürlər. San­­ti­metr­lə ölçülmüş konusun çökməsi həmin beton qarışığının axar­lı­ğı­nı xarakterizə edir (şəkil 6.2).


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin