Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi


Pedaqoji prosesin cəmiyyətin və şəxsiyyətin tələbatların-dan asılılığı



Yüklə 0,91 Mb.
səhifə57/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   130
Pedaqogika mühazirələr

Pedaqoji prosesin cəmiyyətin və şəxsiyyətin tələbatların-dan asılılığı. Təlim-tərbiyə prosesinin gedişi və nəticələri 1) cəmiy-yətin tələbatından, 2) cəmiyyətin imkanlarından (maddi-texniki, iq-tisadi və b.), 3) pedaqoji prosesin baş verdiyi şəraitdən (mənəvi-psi-xoloji, sanitar-gigiyenik, estetik və b.) asılıdır.

Əlbəttə, pedaqoji prosesdə mövcud olan əlaqələr göstərilən qanunauyğunluqlarla qurtarmır. Onlar xeyli çoxdur və tədqiqatçılar yeni qanunauyğunluqlar aşkar etmək istiqamətində axtarışlarını da-vam etdirirlər. Bu da təbiidir. Pedaqoji prosesin qanunauyğunluqları nə qədər çox aşkara çıxarılarsa və praktik işdə nəzərə alınarsa, təlim və təhsil-tərbiyənin səmərəliliyi o qədər yüksək olar.


Pedaqoji ədəbiyyatda özünə yer alan ümumpedaqoji və spesi-fik qanunauyğunluqların böyük bir hissəsi funksiya və mahiyyət ba-xımından yaxındır, ifadə tərzinə görə fərqlənirlər. Bunu B.A.Əhmə-dov, N.M. Kazımov, Ə.X.Paşayev, F.A.Rüstəmov, Y.K.Babanski tərəfindən formulə olunaraq, təqdim edilən qanunauyğunluqların müqayisəsi nəticəsində müəyyənləşdirmək çətin deyildir. Fikrimizi əyaniləşdirmək məqsədi ilə N.M.Kazımovun qəbul etdiyi ümumpe-daqoji qanunauyğunluqları təqdim etməyi faydalı sayırıq:
– təlim, tərbiyə, təhsil və inkişaf arasındakı qarşılıqlı əlaqələri müəllimin, tərbiyəçinin bilməsi və fəaliyyət zamanı nəzərə alması şagirdlərdə tərbiyəlilik, bilik və inkişaf səviyyəsini artırır;
– təlim və tərbiyənin eyni hallarına pedaqoji proseslə məşğul olan şəxslərin münasibətləri nə qədər çox yaxınlaşarsa, pedaqoji səmərə bir o qədər yüksək olur;
– müasir layihə əsasında tikilən, lazımi avadanlığa və texniki vasitələrə malik olan, mənəvi-psixoloji mühiti sağlamlaşdıran mək-təbdə təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək imkanı çoxalır;
– tədris müəssisələri cəmiyyətin kadrlara olan ehtiyacını nə qədər dolğun nəzərə alırsa, pedaqoji prosesin səmərəsi bir o qədər artır, əmək məhsuldarlığını yüksəltməyin imkanları bir o qədər genişlənir;
– hər bir konkret halda pedaqoji işin məzmunu onun məqsə-dinə tam uyğun seçildikdə və təlim-tərbiyə bu zəmində aparıldıqda səmərə artır;
– pedaqoji iş üsulları formalaşdırılan mənəvi keyfiyyətlərin şagirdlərdə inkişaf dərəcəsinə müvafiq seçildikdə daha çox pedaqoji səmərə verir.


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin