Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri Tərbiyə məqsədyönlü prosesdir. Tərbiyənin məqsədi tər-biyə olunana yaxın və aydın olanda prosesin təşkili ən yüksək səmərəni təmin edir.
Tərbiyə çoxamilli prosesdir. Bu prosesdə çoxlu obyektivvə subyektiv amillər özünü göstərir. Şəxsiyyətin daxili tələbatını ifadə edən subyektiv amillərin şəxsiyyətin yaşadığı obyektiv şəraitə uyğun gəlməsi tərbiyə vəzifələrini uğurla həll etməyə kömək edir.
Tərbiyə dialektik prosesdir.Bu onun fasiləsiz inkişafındadinamikliyində, dəyişkənlyində özünü göstərir.
Tərbiyə kompleks prosesidir.Bu o deməkdir ki, tərbiyəprosesinin məqsədləri, vəzifələri, məzmunu, forma və metodları vəhdətdədir. Bunların hamısı şəxsiyyətin tam formalaşması ideyası-na tabedir. Şəxsiyyətin əxlaqi keyfiyyətlərinin formalaşması kom-pleks halda, vəhdətdə baş verir.