Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023



Yüklə 147,54 Kb.
səhifə36/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

4. İnşaat
1990-2007-ci illərdə Azərbaycanın iqtisadi və sosial inkişafı ilə tikinti sektorundakı inkişaf arasında sıx bir münasibət var. Bu illərdə ölkədə bir çox yeni
böyük bina və komplekslər tikilmişdir. Bundan əlavə, fəaliyyətdə olan bəzi binalar isə genişləndirilmiş və restovrasiya edilmişdir.
İnşaat sektorunun ÜDM-dəki payı 1991- ci ildə 8.1% ikən, 1999-cu ildə 10.9% olmuşdur. Bu pay 2000-2001-ci illərdə çox dəyişməsə də, 2002-ci ildə yenidən artaraq 2004-cü ildə 13%-ə çatmışdır. BVF tərəfindən aparılan qiymətləndirməyə görə sektorun iqtisadiyyata təsiri rəsmi statistikada görüldüyündən daha artıqdır. İnşaat fəaliyyətlərinin çox mühüm bir hissəsi qeydiyyatdan kənardır. Neft sektoruna xarici investisiya axımının başlandığı 1995-ci ildən etibarən tikinti fəaliyyətləri əhəmiyyətli dərəcədə artım göstərmişdir. İnvestisyaların tikinti sektoruna istiqamətləndirilən hissəsi isə 1990-2004- cü illər arasında dalğalanma göstərmiş, 1990-cı il istisna olmaqla, ümumi investisiyalardan tikinti sektoruna düşən pay 1%-dən az olmuşdur. İnvestisyaların hər il daha böyük bir hissəsi istehsal məqsədli sahələrə istiqamətləndirilir. 2002-ci ildə tikinti sektoruna yönləndirilən investisyaların həcmi əvvəlki ilə görə 82.2% artım göstərərək 10.3 trilyon manat olmuşdur. Bu miqdarın 7.8 trilyon manatı (1.6 milyard dollar) yəni investisiya miqdarının 75.5%-i xarici investisyaların payına düşür. 2004-cü ildə isə tikinti sektoruna istiqamətləndirilən investisyaların həcmi 2003-cü illə muqayisədə 39.8% inkişaf edərək 24.2 trilyon manat olmuşdur. İnşaat sektoruna istiqamətləndirilən investisyaların 73.7%-i xarici sərmayənin payına düşür. Bu faiz, Azərbaycanda tikinti sektorunun inkişafında xarici iş adamlarının təsirini daha da artırır.
İnşaat sektorundakı inkişaf sürəti, ilk mərhələdə yeni istehsal sahələrinin də qurulmasına səbəb olmuşdur. 2004-cü ildə minlərlə iş yerinin açılmasında yeni tikilən müəssisələr əsas rol oynamışdır. İnkişafa paralel olaraq sektorda məşğulluq həcmi də hər keçən gün artaraq 200 min həddinə çatır. Azərsənayetikinti, Azərsutikinti, Azərenerjitikinti kimi ixtisaslaşmış firmalar və SOCAR (The State Oil Company of the Azerbaijan Republic), Xəzər Dənizçilik İdarəsi, Azərbaycan Dövlət Dəmir yolu kimi idarələrin tikinti firmaları ən böyük tikinti şirkətlərindəndir. Türkiyə şirkətlərinin sektorda böyük nisbətdə hakim olduqları görülür. Azərbaycanda fəaliyyət göstərən Türk firmaları daxilində, təqribən 20.1% ilə tikinti firmaları çox mühüm bir paya sahibdir. Azərbaycan gündəmini məşğul edən neft boru kəmərləri, mənzil təmiri və mənzil tikintisi, müharibədən zərər görən və Azərbaycanın bir sıra sərhəd zonalarının yenidən tikintisi, infrastrukturun yenilənməsi, sənaye müəssisələrinin restavrasiyası və tikintisi, istirahətəyləncə məkanlarının və otellərin tikintisi kimi layihələr Türk firmalarının bazara daxil olmalarına imkan vermişdir. Yaşayış mənzilləri və iş mərkəzi tikintisi ilə məşğul olan Türk firmaları, Azərbaycan bazarında olduqca aktiv fəaliyyət göstərir. Bununla birlikdə tikinti sektorunda Türk tikinti firmaları ABŞ və Avropanın güclü inşaat firmaları ilə rəqabət edirlər. Hər keçən gün köhnə binalar dağıdılaraq, yerinə yeni binaların inşa edilməsi ilə Bakı müasirləşəcəkdir. Ancaq, müasir tikinti konstruksiyaları və tikinti materialları, eyni zamanda geoloji və geodeziya tədqiqatların nəticəsində Bakıda 15 mərtəbədən yüksək bina tikintisinə icazə verilmir. Eyni zamanda yeni tikilən çox mərtəbəli binaların plansız və Bakının anfiteatr görüntüsünə zidd tikilməsi həyəcan siqnalı çalır. Həmçinin bu tikililərin bir qisminin dayanacaq və həyətyanı sahələri baxımından bir sıra problemləri mövcuddur. Bu narahatlıqlar da diqqətə alınaraq 2004-cü ildən, paytaxtın mərkəzində və şəhər ətrafında 12 mərtəbədən yuxarı bina tikintisi qadağan edilmişdir. Boru xəttlərinin tikintisi, müasir sənaye obyektlərinin qurulması, yenidən qurma və restavrasiya layihələri və xüsusilə, turizm-əyləncə sektoru üçün otel, restoran və müxtəlif bənzəri obyektlərin tikintisi, Azərbaycan tikinti sektorunda əhəmiyyətli investisiya fürsətləridir. Yeni tikinti layihələri, keyfiyyətli tikinti mallarına tələbi də artırır. Daxili istehsal isə həm keyfiyyət həm miqdar baxımından ehtiyacı qarşılayacaq həcimdə deyildir. İnşaat sənayesinə aid materialların və xammalların bol və ucuz olması və təklifin ehtiyacları və tələbləri qarşılaya bilməməsi səbəbi ilə tikinti sektoru bu cəhətdən də xarici sərmayədarlar üçün diqqət cəlb edən bir sektor olaraq öz mövqeyini möhkəmləndirir. Azərbaycanda neft sektoruyla yanaşı və neft sektoruna pararel olaraq tikinti sektoru da sürətlə inkişaf edir. Gəlir səviyyəsinin artmasına paralel olaraq yeni yaşayış sahələri və ticarət mərkəzlərinin tikintisinə meyllərin artacağı nəzərə alındıqda, tikinti sektoru inkişaf üçün əlverişli sektorlardan biridir. İnşaat sektorundakı inkişaf əhali artımının sürətindən bir neçə dəfə daha sürətlidir. Bununla eyni zamanda tikinti mallarının qiyməti də sürətlə artır. Mənzil şəraitinin olmaması boşanmaların artmasına təsir göstərən faktorlar arasındadır. Bununla yanaşı insanların gec evlənmələrinə də səbəb olur. Bu baxımından, neft gəlirlərinin
mənzil tikintisinə istiqamətləndirilməsi düzgün bir yol ola bilər. 2005-ci ildən etibarən əhalinin mənzil tələbatı nəzərə alaraq hökumət “ipoteka fondu” formalaşdırmış və uzun müddətli ipoteka kreditlərinin verilməsinə 2006-cı ildən etibarən başlanılmışdır. Bu prosesin də tikinti sektorunun inkişafına müsbət təsir göstərəcəyini bir mənalı olaraq söyləmək mümkündür. Fəqət, hələ ki bu prosesin uğurla həyata keçiriləcəyini indidən söyləmək tez ola bilər. Çünki, həm əhalinin gəlir səviyyəsinin aşağı olması, həm də kreditt şərtlərinin mürəkkəbliyi bu fondun imkanlarından geniş kütlələrin istifadəsinə hələlik imkan vermir. Yaxın zamanlarda bu fondun sosial təbəqələrin istifadəsinə verilməsi üçün bir sıra layihələr həyata keçirilməsi nəzərdə tutulur.



Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin