Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


MÖVZU 4. RESPUBLİKANIN MİLLİ SƏRVƏTİ. MƏCMU MILLI MƏHSUL VƏ MILLI GƏLIR



Yüklə 147,54 Kb.
səhifə15/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

MÖVZU 4. RESPUBLİKANIN MİLLİ SƏRVƏTİ. MƏCMU MILLI MƏHSUL VƏ MILLI GƏLIR.
1. Milli sərvətin mahiyyəti və strukturu
2. Ümumi ictimai məhsulun istehsalı və artırılması yolları
3. Milli gəlir və onun bölgüsü
1.Milli sərvətin mahiyyəti və strukturu
Milli sərvət cəmiyyətin müəyyən tarixi inkişaf mərhələsində yaradılan maddi və mənəvi nemətlərin məcmusunu əks etdirir. Ona bütövlükdə milli iqtisadiyyatın inkişafının nəticəsi kimi baxmaq lazımdır. Çünki, hər bir milli iqtisadiyyatın nəticəsi yalnız maddi nemət və xidmətlərin istehsalının yüksəldilməsində deyil, eləcə də sərvətin artırılmasında öz əksini tapır. Sərvət yalnız cəmiyyət üzvləri tərəfindən qiymətləndirildikdə və onların mənafelərinə uyğun gəldikdə milli forma alır. Sərvət anlayışı çox mənalıdır və əsasən adamların maddi və mənəvi nemətlərə olan tələbatlarının ödənilməsi mənbəyini təşkil edir və özü də bu tələbatların ödənilməsi həm istehsal istehlakını, həm də şəxsi istehlakı əhatə edir. Milli sərvət şəxsi tələbatı ödəməklə yanaşı eyni zamanda ictimai tələbatı da ödəməllidir. Təbii resurslar, texniki vasitələr, adamların malik olduqları maddi və mənəvi nemətlər sərvətin spesifik formalarıdır. Milli sərvət keçmiş dövrdə istehsal edilib yığılmış və cari dövrdə ondan istifadə edilərək yeni maddi və mənəvi dəyərlər yaradılır. Milli sərvətin göstəricisi, digər makroiqtisadi göstəricilər olan məcmu milli məhsuldan, məcmu daxili məhsuldan və milli gəlirdən fərqlənir. Azərbaycanda tətbiq olunan metodikaya görə milli sərvətin tərkibinə aağıdakılar daxil edilir: -əsas istehsal fondları (bina və qurğular, maşın və dəzgahlar, nəqliyyat vasitələri, ötürücü qurğular, ətlik və işlək heyvanlar və s.)-əsas qeyri-istehsal fondları (mənzillər, səhiyyə, təhsil sosial təminat, mədəniyyət, incəsənət, idman, istirahət və s. sahlərin binaları, qurğuları, tikililəri və s.) -maddi istehsal sferasındakı maddi dövriyyə vasitələri; -istehsal və xidmət sferasındakı ehtiyatlar; -dövlətin istehsal vasitələri və istehlak şeyləri ehtiyatları. Bu elementlər eyni zamanda milli sərvətin strukturunu təşkil edir.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin