Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə127/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   123   124   125   126   127   128   129   130   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Çevik analiz istehsalın bir neçə layihə içərisindən seçilmiş modelini nəzərdə tutur. Çevik analiz cədvəl, yaxud uygun parametrlərdən ibarət matrisdir. Onun analizi gələcək fəaliyyətin istiqamətlərinin seçilməsinə yardım edir.

Ekoloji biznes - plan. Bu, müəssisənin güclü və zəif tərəflərini, eləcə də imkanları və mümkün təhlükələri araşdırır. Menecer-ekoloqun əsas devizi belədir: ətraf təbii mühitə çəkilən xərclər özünü doğrultmalıdır!

Müəssisə üçün təbiətdən davamlı və balanslaşdırılmış istifadə iqtisadi cəhətdən sərfəli olmalıdır. Buna isə:



  1. təbii sərvətlərin qənaətli istifadəsi, tullantıların təkrar emalı, cərimələrin minimuma endirilməsi nəticəsində xərclərin azalması;

  2. "yaşıl” malların istehsalı, rəqabət, yeni istehlak bazarları hesabına nail olunur.

Əsas problemlərdən biri təbii sərvətlərin qiymətinin aşağı olmasıdır. Hər hansı bir sənaye əhəmiyyətli məhsulun və ya xidmətin qiyməti həyat üçün çox vacib olan mahsul və xidmətin qiymətindən (suyun və ya havanın təmizləmə sistemləri) qat-qat yüksəkdir. Təbii sərvətlərin, xüsusilə bioloji sərvətlərin qiymətləndirilməsində vəziyyət daha acınacaqlıdır. Azərbaycanda hələ də tam möhkəmlənməmiş bazar iqtisadiyyatı münasibətləri ətraf təbii mühitə və təbiətdən davamlı istifadəyə ciddi ziyan vurur. Bü gün Azərbaycan üçün biosfer elementlərinin dəyərinin qiymətləndirilməsi çox aktualdır.

Ekomenecmentin əsas elementlərindən biri ekoloji marketinqdir. Marketinqin mərkəzində istehlakçı durur, onun tələblərinə uyğunlaşmaq lazımdır. Ekomarketinqin əsası ondan ibarətdir ki, onun bütün fazalarında məhsulun ekolojiliyi (istehsalatdan tutmuş son utiləşdirməyə qədər) durur. Deyilənlər satış zamanı ən əsas əhəmiyyət kəsb etməlidir. Ekoloji marketinq əsasən səmərəliləş-dirmə konsepsiyasına istinad edir. Həmin konsepsiyaya əsasən materialların və enerjinin az dövr etməsi istehlakçıya çox fayda gətirir. Istehsalçı haqqında infor-masiyaya malik olub və marketinq strategiyasını müəyyən etməklə firmada və sahibkarlıqda uğur qazanmaq üçün marketinq vasitələri toplumundan səmərəli istifadə etməlidir.

Ali menecmentin ekoloji strateji məqsədlərinin realizə edilməsi təbiəti mühafizə prosesinə orta və operativ menecmentin cəlbini nəzərdə tutur. Öz xüsusi (şəxsi) bölməsinin yaradılmasının zərurəti meydana gəlir ki, bu bölmə ekoloji mə-sələlərə məsul olmaqla, müəyyən sərvətə sahib olmalı və səlahiyyətə malik olmalıdır. Orta menecmentin səlahiyyətlərinə ekoloji məqsədlərin paylanması (ayrıca əməliyyat proqramları üzrə) aiddir. Məhz bu zaman ekoloji menecment sisteminin təzələnməsi, artırılması və modifikasiya edilməsi üzrə yeni ideyaların yaranması mümkündür. Menecmentin inteqrasiya sistemi bütün əməliyyat menecmentini, müəssisənin fəaliyyət sistemini, məsuliyyətlərin səviyyəsini və məhdudlaşdırılmasını əhatə edir.

Ekoloji menecment ekoloji imic yaratmaq hesabına, nəinki rəqabət üstünlüklərini təmin edir, eyni zamanda firmanın mikroiqliminə müsbət təsir göstərir: işçilərin əməyə həvəsi artır, onlar işlərindən məmnun qalırlar. Ekoloji imic əsasında firma hiss edilməyən kapital əldə edir ki, bu da dövlət hakimiyyəti rəhbərliyi ilə əməli əlaqələrin yaradılmasını asanlaşdırır, həm də ekotəşkilatların etimadını qazanır, müştərilər və sakinlərin müqabilində hörməti artır. Belə müəssisə, eyni zamanda cəlbedici iş yerinə çevrilir.

Ekomenecmentin müsbət tərəflərini qeyd etməklə, nəzərə almaq lazımdır ki, onun nöqsanları da az deyildir. Ekoloji-iqtisadi səmərə yüksək investisiya və isteh-salat xərcləri ilə əlaqədardır. Prosesdə bazar və innovasiya riskləri yarana bilər.

Ekoməhsullara tələbatın səviyyəsi, axıra qədər işlənməmişdir, təbiəti qoruyan texnologiyalar və s. istinad edilməsi tələbatdan geri qalır. Məhz ona görə də idarə-et-mədə həmin məsələlər diqqət mərkəzində olmalıdır.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin