Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


MÖVZU7. ƏTRAF MÜHİTIN VƏ TƏBİİ EHTİYATLARIN QİYMƏTLƏNDİRİLMƏSİ FUNKSIYALARI VƏ NÖVLƏRİ



Yüklə 0,77 Mb.
səhifə59/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

MÖVZU7. ƏTRAF MÜHİTIN VƏ TƏBİİ EHTİYATLARIN QİYMƏTLƏNDİRİLMƏSİ FUNKSIYALARI VƏ NÖVLƏRİ
1. Təbii ehtiyatların iqtisadi dəyəri

2.Ətraf mühitin və təbii ehtiyatların qiymətləndirilməsi növləri və funksiyaları.

3.Təbii ehtiyatların müxtəlif növlərinin qiymətləndirilməsi üsulları.

4.Təbii kadastrlar.

5. Torpaq, meşə və su kadastrları.
1.Təbii ehtiyatların iqtisadi dəyəri

Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsinin metodoloji əsaslarını müəyyən vaxt ərzində istehsal edilən məhsula çəkilən zəruri xərclər təşkil edir. Bəzi təbii ehtiyatların qiymətləri yoxdur, onlar bazarda satılmır (hava, təbii mənzərələr və s.) digər ehtiyatlar isə qiymətləndirilir. İqtisadi qiymətləndirmənin ümumi göstəricisi kimi mədənlərin və təkrar xammal ehtiyatla-rının regional xüsusiyyətləri, emal edilən xammalın həcmi və keyfiyyəti nəzərə alınmaqla, onun kompleks istifadə edilməsindən alınan xalq təsərrüfatı səmərəsi götürülür.

Faydalı qazıntı yataqlarının və digər təbii sərvətlərin mənimsənilmə növbəliliyini müəyyən edərək istehsalın müasir tələbatı şəraitində onlardan ən sərfəlisi ön plana çəkilir. Bunun üçün çıxarılan faydalı komponentlərin və alınana hazır məhsulların həcmini istehsal prosesində çəkilən son məsrəflərin miqdarı ilə müəyyən etmək lazımdır. Bu, istifadə edilən sərvətlərin iqtisadi səmərəsini hesablamaq üçün əsas meyardır. Mineral xam-mal sərvətlərinin iqtisadi qiymətləndirilməsi və onlardan kompleks istifadə edilməsini istər mədənin istismar, istərsə də optimal plan hazırlanması dövründə ümumi və fərdi xərcləri nəzərə almaq lazımdır. Faydalılıq səviyyəsi istehsala aid olan xərclər arasındakı fərqin kapitallaşması və əldə edilən məhsulun miqdarı ilə müəyyən olunur. Bütün təbii sərvətlərin istifadəsinə yönəldilən ümumi tələblərdən biri istər eyni cinsli, istərsə də mürəkkəb tərkibli sərvətlər arasında obyektiv mövcud olan fərqlərin nəzərdə alınmasıdır. Çünki, onların istifadəsi və emalı məsrəflərin differensiallığı şəraitində bərabər iqtisadi səmərə alınmasını təmin edilir.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin