Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 0,82 Mb.
səhifə40/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

Lüminessent( flüoressent) metodu. Bu üsuldan əlvan, qara və qeyri-metal materillarından olan hissələrdəki xarici çatları aşkar etmək üçün istfiadə edilir. Üsulun mahiyyəti belədir. Yoxlanacaq hissələr təmizləndiklən və yağsızlaş­dı­rıl­dıqdan sonra 800S temperatura qədər qızdırılmış fluoressent (ultrabənövşəyi şüaların təsiri altında işıqlanan) mayesi olan vannaya salınır və 10-15 dəq. saxlanılır və ya həmin maye fırça ilə detal üzərinə yaxılır.
Flüoressent mayesi kimi açıq rəngli transformator yağı və ya vazelin yağı 0,25 l, ağ neft 0,5 l, benzin 0,25 l və 0,25 q rəng maddəsi (yaşıla çalan qızılı defektol) istifadə edilir. Hazırlanmış məhlul ultrabənövşəyi şüalarla işıqlandırıldıqda sarımtıl-yaşıla çalan parlaq rəng verir.
Mövzu 17. Hissələrin bərpa üsulları

Avtomobil təmirinin texniki - iqtisadi səmərəliliyinin əsas mənbələrindən biri bərpa olunmuş hissələrdən təkrar istifadə olunmasıdır. Ona görə hissələrin bərpasına böyük əhəmiyyət verilir.


Hissələrin bərpası zamanı materialların, elektrik ener­cisinin və əmək resurslarının sərfi xeyli az olduğundan, onların bərpa qiyməti istehsal qiymətindən 2-3 dəfə az olur.
Avtomobil hissələri yeyilmə, materialın yorulması, mexaniki və korroziya zədələri nəticəsində öz iş qabiliyyətini itirirlər. Hissələrin əksəriyyəti isə (75%) qalıq resursa malik olduğundan bərpa edildikdən sonra onları təkrar istifadə etmək olur.
Təmirə qəbul olunan hissələrin 45%-də yeyilmə 0,01-0,07 mm, 25%-də isə 0,07-0,14 mm-dən çox olmur. Hissələrin bərpasının əmək tutumu avtomobilin tam halda təmirinin əmək tutumunun 40%-ni təşkil edir. Bərpa oluna bilən avtomobil hissələrinin nomenklaturası 200-300-a yaxın olur.
Hissələrin bərpa edilməsinin vacibliyi bir daha onunla izah edilir ki, ehtiyat hissələrinə olan tələbatı xeyli azaltmağa imkan verir. Ona görə hissələrin bərpa olunmasının bütün sahələrdə genişləndirilməsi vacibdir.
Qovşaq hissələrində oturtmaların bərpası iki yolla təmin edilə bilər:
- hissələrin yeyilmiş səthinin ölçülərini dəyişərək, əvvəlcədən müəyyən olunmuş təmir ölçülərinə çatdırmaqla;
- hissələrin başlanğıc ölçülərini tam bərpa etməklə.
Avtomobil hissələrinin bərpasında aşağıdakı üsullardan istifadə edilr: mexaniki emal; plastik deformasiya və ya təzyiqlə emal; qaynaq və üst əritmə; metallaşdırma; qalvanik və kimyəvi ötrüklər çəkmə; sintetik materiallarla (plastik kütlə ilə) bərpa; lehimləmə; elektrik qığılcımı ilə bərpa və s.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin