MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Mövzu 12. Azərbaycan xanlıqları



Yüklə 418,25 Kb.
səhifə40/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   36   37   38   39   40   41   42   43   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Mövzu 12. Azərbaycan xanlıqları
Xanlıqların yaranması. XVIII əsrin ortalarında Nadir şah Əfşarın yaratdığı imperatorluğun dağılması Vətənimizdə siyasi parçalanmaya gətirib çıxartdı. Siyasi parçalanma şəraitində ölkəmizin ayrı-ayrı bölgələri arasında iqtisadi əlaqələrin zəifləməsi və bəzi hallarda pozulması nəticəsində Azərbaycanda müstəqil və yarımmüstəqil dövlətlər olan xanlıqlar meydana çıxmağa başladı.

Urmiya xanlığı. Azərbaycan torpaqlarını birləşdirmək cəhdi. 1747-ci ildə Nadir Şahın öldürülməsindən sonra “Adil şah” adı ilə taxta çıxan qardaşı oğlu Əliqulu xan mərkəzi hakimiyyəti möhkəmləndirə bilmədi. 1748-ci ildə onu əvəz edən Şahrux Mirzənin hakimiyyəti isə daha az sürdü. Azərbaycanda ali hakimiyyət uğrunda türksoylu əfşarlarla fars kökənli zəndlər arasında gedən siyasi savaşa daha bir türk köklü qacarlar da qoşulmağa hazır vəziyyətdə idi. Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar Azərbaycan uğrunda mübarizəyə qoşularaq 1747-ci ildə Urmiya xanlığının əsasını qoydu. Xanlığın mərkəzi əvvəlcə Urmiya, sonra isə Təbriz şəhəri olmuşdur. Fətəli xan Təbriz, Xoy, Qaradağ, Marağa, Sərab xanlıqlarını tabe edərək Ərdəbil və Maku xanlıqlarını çıxmaqla, bütün Cənubi Azərbaycan torpaqlarını birləşdirməyə nail olmuşdu. 1751-ci ildə İrəvan xanlığını tabe etmək cəhdi boşa çıxmış, ancaq 1759-cu ildə Qarabağ hakimi Pənahəli xanı özündən asılı vəziyyətə salaraq oğlu İbrahimxəlil ağanı girov götürmüşdü. Bütöv Azərbaycan uğrunda savaş apardığını aydın dərk edən Fətəli xan Əfşar birləşdirdiyi ərazilərdə tam möhkəm idarəetmə sistemi yaratmadan keçmiş Əfşar imperatorluğu uğrunda mübarizəyə qoşulmağa məcbur oldu. Bu yolda onun əsas rəqibləri isə zəndlər və qacarlar idi. Zəndlərin başçısı Kərim xan Səfəvi nəslindən olan azyaşlı bir uşağı III İsmayıl adı ilə İsfahanda taxta çıxararaq özünü onun qəyyumu elan etmişdi. Fətəli xan 1752-ci ildə Kərim xan Zəndin Azərbaycana işğalçılıq yürüşünün qarşısını alaraq əvvəlcə onu Miyanə, sonra isə Qəmşə döyüşlərində ağır məğlubiyyətə uğratdı. Kərim xan Fars vilayətinə qaçmaqla canını güclə qurtardı. Mərkəzi hakimiyyət uğrunda mübarizə aparan Məhəmmədhəsən xan Qacar 1757-ci ildə Azərbaycana yürüş edərək Urmiya şəhərini və Fətəli xan Əfşarın xəzinəsini ələ keçirəndən sonra Kərim xan üzərinə yürüyərək onu da ağır məğlubiyyətə uğratdı.

Fətəli xan Əfşar 1759-cu ildə Qarabağ xanlığını asılı vəziyyətə saldıqdan sonra Azərbaycanın daxili işləri ilə məşğul olmağa başladı. 1761-ci ildə İsfahan və Şirazı ələ keçirən Kərim xan Zənd güclü qoşun toplayaraq Urmiya xanlığı üzərinə basqın etdi. 1761-ci ilin yayında Fətəli xan Əfşar Uçan düzündəki Qaraçəmən kəndi yaxınlığında düşmənin qoşunlarını ağır məğlubiyyətə uğratdı. Ancaq özünə həddən artıq güvənərək məkrli düşmənimizi saya salmayan Azərbaycan döyüşçüləri zəndləri sonadək təqib edib bütün qüvvələrini məhv etmədilər. Nəticədə fəlakət baş verdi. Bütün qüvvələrini toplayaraq hücuma keçən Kərim xan Zənd əvvəl Təbriz şəhərini ələ keçirərək şəhərdə qırğın törətdi.



Kərim xan Zənd Fətəli xan Əfşarın bütün düşmənlərini bir cəbhədə birləşdirmək üçün hərəkətə keçdi. Kərim xanın tələsinə düşərək ona yardım göstərənlər içərisində çox təəssüf ki, qarabağlı Pənahəli xan, qaradağlı Kazım xan, xoylu Şahbaz xan, naxçıvanlı Hacı xan Kəngərli və başqaları da var idi. Müttəfiqlər 9 aylıq mühasirədən sonra 1763-cü ildə Urmiya şəhərini tutdular, Fətəli xanın xəzinəsi Kərim xanın əlinə keçdi. Kərim xan Fətəli xanın uzaq qohumlarından olan Rüstəm bəyi Urmiya xanı təyin edərək bütün Azərbaycan xanlarını qələbəni qeyd etmək üçün “Şiraz qonaqlığına” apardı. Qəmşəyə çatanda isə Fətəli xan Əfşarı qətlə yetirdi. Kərim xan Zənd qonaqlıq adı ilə girov götürdüyü xanları öz xanlıqlarından uzaqda – Şirazda saxlamaqla xanlıqları zəiflədib gələcəkdə ələ keçirtmək istəyirdi. Ancaq “Şiraz qonaqlığı” istənilən nəticəni vermədi.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin