MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Ağa Məhəmməd xan Qaçarın Azərbaycanın şimal torpaqlarına yürüşü



Yüklə 418,25 Kb.
səhifə53/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   49   50   51   52   53   54   55   56   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Ağa Məhəmməd xan Qaçarın Azərbaycanın şimal torpaqlarına yürüşü. Farsda, Mazandaranda, o cümlədən Azərbaycanın cənubunda öz hakimiyyətini tam bərqərar edən Ağa Məhəmməd xan Qacarın (1742-1797) əsas məqsədi Cənubi Qafqaz da daxil olmaqla, keçmiş Səfəvi dövlətinin sərhədlərini bərpa etmək idi. Ağa Məhəmməd xan Qacar bu məqsədinə çatmaq üçün 1795-ci ildə Şimali Azərbaycana və Kartli-Kaxetiya üzərinə yürüşə başladı. Qacarın hücumunu öz müstəqillikləri üçün təhlükə sayan Şimali Azərbaycan xanlarının əksəriyyətinin Osmanlıdan Qacara qarşı yardım istəməsi sultan hökumətini çətin vəziyyətə salmışdı. Qacarın 1795-ci il yürüşü qarşısında əsas maneə Qarabağ xanlığı idi. İbrahimxəlil xan dərhal keçmiş müttəfiqi gürcü çarı İrakli ilə barışdı, Avar hakimliyindən xeyli hərbi qüvvənin Qarabağa gətirilməsinə nail oldu, Araz çayı üzərindəki Xudafərin körpüsünün partladılması haqqında əmr verdi. 85 minlik qüvvə ilə üç istiqamətdə yürüşə çıxan Qacar Şuşa üzərinə hücuma şəxsən özü başçılıq edirdi. Şuşa qalasını 33 gün mühasirədə saxlasa da, şəhərin müqavimətini qıra bilməyib Tiflis üzərinə yürüdü. Yürüşdə Kartli-Kaxetiyanın əsas düşməni olan Gəncə hakimi Cavad xan da onu müşayiət edirdi. Ağır döyüşlərdən sonra sentyabrın 12-də Tiflisə daxil olan Ağa Məhəmməd xan Qacar 8 gün bu şəhərdə qaldı. Lakin ordusunun ərzaqla təminatındakı çatışmazlığı, rus qoşunlarının hücum təhlükəsini və Xorasanda qiyam qaldırılmasını nəzərə alaraq Tiflisi tərk etdi. Geri qayıdarkən Yeni Şamaxı şəhərini dağıtsa da, Şirvan və Şəkini ələ keçirə bilmədi və rus qoşunlarının hücumu haqqında məlumat aldığından Azərbaycanın şimal torpaqlarını tamamilə tərk etdi.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin