Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014


Marketinqin məqsədi, funksiyaları və prinsipləri



Yüklə 0,67 Mb.
səhifə4/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   102
Marketinq

1.4. Marketinqin məqsədi, funksiyaları və prinsipləri

Marketinqin məqsədi. Marketinqin məqsədi dedikdə, bu fəaliyyəti həyata keçirməklə müəssisənin nəyə nail olmaq istəməsi, bu fəaliyyət nəti­cəsində nə əldə etmək istəməsi başa düşülür və sahibkarlıq fəaliyyətinin məqsədləri ilə müəyyən edilir. Buna uyğun olaraq marketinqin məqsədi (məqsədləri) a) strateji (başlıca) məqsədə (və ya məqsədlərə) və b) taktiki (lokal) məqsədə (və ya məqsədlərə) bölünür.

Marketinqin strateji (başlıca) məqsədi istehlakçıya yönümlülük, is­tehlakçının və cəmiyyətin tələbatının ödənilməsi şərtilə mənfəət əldə etmək, daha effektli mar­ke­tinq tədbirləri həyata keçirməklə müəssisənin başlıca məqsədinə nail olmaqdır. Ümumiyyətlə, müəssisənin və marketinqin uzun­müddətli strateji məqsədi istehlakçıların tələbatının ödənilməsi və digər bazar subyektlərinin maraqlarının nəzərə alınması şərtilə mənfəət əldə edilməsidir. Lakin, müəyyən dövr üçün müəssisə və onun marketinq fəaliyyəti qarşısında digər strateji məqsədlər, məsələn, mümkün qədər yüksək istehlaka nail olunması, yüksək istehlakçı razılığına nail olunması, geniş çeşiddə məhsul təklif edilməsi və ya həyat keyfiyyətini yüksək həddə çatdırmaq məqsədi qoyula bilər.

Marketinqin taktiki (lokal) məqsədlərinə strateji məqsədlərə nail olunma­sını təmin edən məqsədlər aid edilir. Məsələn, mənfəətin məblə­ğinin və səviyyəsinin artırılması strateji məqsədinə nail olunması üçünmüəssisə özünün marketinq fəaliyyəti qarşısında satışın həcminin və bazar payının artırılması, xərclərin aşağı salınması, məhsulun yenidən mövqeləşdirilməsi və bu tip digər taktiki (lokal) məqsədlər qoya bilər.

Marketinqin məqsədi müəyyən edilərkən aşağıdakı tələblərə əməl edilməlidir:



  1. Marketinqin məqsədini müəyyən edən, qərar qəbul edən şəxslər məqsəd­yön­lü fəaliyyət göstərməli və məqsədin qiymətləndiril­məsini nəzərə al­ma­lıdırlar;

  2. Marketinqin məqsədi dəqiq müəyyən edilməlidir;

  3. Marketinqin məqsədi real olmalıdır;

  4. Marketinqin məqsədi ölçülə və müqayisə edilə bilən olmalıdır;

  5. Marketinqin məqsədi aydın ifadə edilməli və onun haqqında infor­masiya almağa imkan olmalıdır;

  6. Marketinqin məqsədi yazılı şəkildə rəsmiləşdirilməlidir.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin