Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri


Mühəndis-texniki tələbatının yerinə yetirilməsi



Yüklə 0,82 Mb.
səhifə56/63
tarix12.04.2022
ölçüsü0,82 Mb.
#55237
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   63
Mülki müdafiə mühazirələr.

Mühəndis-texniki tələbatının yerinə yetirilməsi – əhalinin mühafizəsi, iqtisadi dayanaqlığın yüksəldilməsi və xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması istiqamətində bütün əsas məsələlərin həllini təmin edir.

Mülki müdafiənin mühəndis-texniki tədbirlərinin layihələndirmə normalarının təyinatı onun tətbiq olunma sahələri

Mülki müdafiənin (MM) mühəndis-texniki tədbirlərinin layihələndirmə normalarının əsas vəzifəsi, əvvəlcədən ən vacib şəhərlərin həyat tərzini yüksəltməkdən və obyektlərin, təsərrüfat sahələrinin sülh və müharibə fövqəladə hadisələrdə xarakterli işin dayanaqlığın artırmaqdan ibarətdir.



MM mühəndis-texniki tədbirlərin layihələndirmə normalarında baxılan məsələ – mülki müdafiənin əsas vəzifələrindən müvəfəqiyyətlə yerinə yetirilməsi istiqamətində yönəldilmiş və o cümlədən:

  • fövqəladə hallar zamanı əhalinin həyat fəaliyyətinin təhlükəsizliyini təmin etməkdən, mümkün itki və dağıntıları azaltmaqdan;

  • obyektlər və xalq təsərrüfatı sahələrinin dayanaqlı işini təmin etməkdən;

  • Dağılmış sənaye mərkəzlərində xilasetmə və digər təxirə salınmaz işlərin tez və keyfiyyətli yerinə yetirilməsi üçün lazımi şərait yaratmaqdan ibarətdir.

Fövqəladə hallarda obyektdə işin dayanaqlığını artıran tədbirlər kompleksində mühəndis-texniki tədbirlərin yerinə yetirilməsi xüsusən böyük əhəmiyyətə malikdir. Yuxarıda deyildiyi kimi, belə tədbirlər bina və qurğuların, kommunikasiyaların müxtəlif dağıdıcı təsirlərə fiziki davamlığını artırmaq üçün görülür.

Yeni müəssisələr, digər müxtəlif obyektlər layihələşdirilərkən və tikilərkən yerinə yetirilən mühəndis-texniki tədbirlər daha səmərəli və iqtisadi cəhətdən xeyli sərfəli olur.

Bu zaman ilk növbədə, obyektin ərazisində bina və qurğuların yerini zonalar üzrə planlaşdırmaq, yəni istehsalat qurğularını, anbarları, qarajları, zavod idarəsi binalarını və digər müxtəlif məqsədli tikililəri ayrı-ayrı qruplar şəklində (zonalara) yerləşdirmək nəzərdə tutulmalıdır. Xüsusən partlayış təhlükəli sexləri, laboratoriyaları, güclü təsirli zəhərli maddə tutumlarını ayrıca yerləşdirmək vacib sayılır. Təcrübə göstərir ki, bütün bunlar həm yanğın təhlükəsizliyinin artırılmasına imkan yaradır, həm də qəzalar, dağıdıcı kortəbii hadisələr, başqa kənar təsirlər şəraitində ikinci zədələyici amillər törəməsinin, uçqun qalaqları yaranmasının xeyli dərəcədə qarşısını alır.

MM mühəndis-texniki tədbirlərini yerinə yetirilməsi, planlı surətdə MM-nin maddi-texniki bazasının möhkəmlənməsi və öz vəzifəsini yerinə yetirmək üçün daim hazırlığını artırmaqdan ibarətdir.

Bu tələbatlar bütün respublika ərazisində yayılır. Bunlara bütün nazirliklər və idarələr, layihə və quruculuq təşkilatları rəhbərlik edir.

Ümumi tələbata uyğun olaraq nazirlik və idarələr, fövqəladə vəziyyət zamanı dayanaqlığını artırmaq üçün görüləcək tədbirlərin ardıcıllığını, həcmini və xarakterini müəyyən edən göstərişlər işləyib hazırlayırlar.

Qeyd edək ki, görüləcək mühəndis-texniki tədbirlərin həcmi və xarakteri obyektin vacibliyindən, sülh və müharibə dövrlərindəki fövqəladə hallarda yarana biləcək təhlükənin dərəcəsi baxımından harada yerləşdiyindən, fəhlə və qulluqçuların sayından və digər şərtlərdən asılı olur.

Hətta eyni bir ərazidə yerləşən müəssisələr belə, özlərinin təyinatına, istehsalat prosesinin xarakterinə, iş şəraitinə və s. görə bir-birindən xeyli fərqlənirlər. Buna görə də bütün obyektlər üçün yararlı olan eyni bir həcmdə işlərin siyahısını tərtib etmək, əlbət ki, mümkün deyil. Hər bir müəssisədə görülməli mühəndis-texniki tədbirlər konkret şəraitdən asılı olaraq müəyyən edilir. Lakin belə tədbirlərin bir qismi bütün obyektlər üçün ümumi sayılır və bunlar hər bir obyektdə yerinə yetirilə bilər.



Tam həcmdə MM-nin mühəndis-texniki tələbatı aiddir:

  • iri (kateqoriyalı) şəhərlər və onun şəhər ətrafı əsas əhəmiyyətli obyektlərə;

  • düşmən zərbəsi zamanı, iri şəhər və əsas əhəmiyyətli obyektlərin sərhəddində dağılma zonasına düşən obyektlərə;

Qeyd etmək lazımdır ki, bu təlabat həmçinin müəyyən dərəcədə zəlzələ və başqa təhlükəli təbii fəlakət rayonlarında yerləşən şəhər və obyektlərə də aid olmalıdır.

Qalan bütün şəhər, qəsəbə və kənd yaşayış məntəqələri və obyektlərə, mühəndis-texniki tələbat ancaq əhalinin radiasiya əleyhinə müdafiə hissələrinə aid olunur. İşıqlanmanın gizlədilməsi tədbirləri zamanı tələbat ancaq işıq gizlədilməsi tam və ya yarımçıq müəyyən olunmuş zonalara aid olunur.

MM mühəndis-texniki təbdirləri – yeni şəhər və obyektlər tikilməyə layihləşdirilərkən, həmçinin fəaliyyət göstərən şəhər və obyektlər genişləndirilərkən və rekonstruksiyası olunarkən onların əhəmiyyətli və yerləşməsi nəzərə alınaraq baxılır.

Mühəndis-texniki tədbirləri hazırlanması üçün verilən məsələlər, şəhər və obyektlərin layihələşdirilməsi və rekonstruksiyası üçün qoyulan məsələlərinin əsas tərkib hissəsi olmaqla, uyğun MM qərargahları ilə razılaşdırılır. İri şəhərlər və mühüm əhəmiyyətli obyektlər üçün, düşmən tərəfindən müharibə vaxtı nüvə zərbəsi gözlənilən ərazidə dağılma zonası müəyyənləşdirilir. Bu zona nüvə zərbəsinin, zərbə dalğasının izafi təzyiqinin qiyməti 10 kPa (0,1 kq/sm2) və daha çox olan ərazidir.

Bütün mümkün dağılma zonası iki zonaya ayrılır

1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin