Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə46/63
tarix12.04.2022
ölçüsü0,82 Mb.
#55237
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   63
Mülki müdafiə mühazirələr.

təbii fəlakətlər (zəlzələ, sürüşmə, uçqun, sel, marxal) zonalarından (yaşayış məntəqələrindən) əhalinin köçürülməsinə belə fəlakət qorxusu yaranarkən dərhal, plan üzrə başlanır, köçürülən əhali, yaranmış konkret vəziyyətdən asılı olaraq, təhlükəsiz sahələrdə yerləşdirilir. Bu zaman köçürüləcək əhalinin sayı hər bir konkret vəziyyət nəzərə alınmaqla müəyyən edilir. Əhali piyada surətdə, habelə idarə mənsubiyyətindən asılı olmayaraq bütün nəqliyyat vasitələrində daşınır.

Yuxarıda sadalanan bütün hallarda zədələnmiş şəxslərin onlara ixtisaslı yardım göstərilməsi üçün köçürülməsi – təcili tibbi yardım stansiyalarının nəqliyyat vasitələrində və şəhər nəqliyyatının bütün növlərindən istifadə olunmaqla yerinə yetirilir. Təbii fəlakət rayonlardan köçürülən əhaliyə tibbi xidmət ərazi səhiyyə orqanları tərəfindən göstərilir, lazımi hallarda onlar qonşu rayonların səhiyyə orqanları hesabına gücləndirilir.

Köçürülən əhali şəhərdənkənar zonadakı (təhlükəsiz sahələrdəki) şəhər və yaşayış məntəqələrinin mənzillərində, inzibati binalarda, istirahət evlərində, pansionatlarda, pioner düşərgələrində və abadlaşdırılmış çadır şəhərciklərində yerləşdirilir.

Köçürülən əhalinin ərzaqla təminatı ictimai iaşə müəssisələrinin bazası əsasında təşkil edilir, lazımi hallarda əlavə iaşə məntəqələri (yeməkxanalar) açılır.

Respublikada, şəhər və rayonlarda bütün köçürmə tədbirləri üzrə ümumi hesablamalar aparılır, burada hər bir konkret fövqəladə hadisə təhlükəsi yaranarkən və baş verərkən köçürmə işlərinin icrasına cəlb ediləcək qüvvə və vasitələr hesablanıb müəyyən edilir.

Köçürülmə zamanı adamlar öyrəşdikləri yaşayış yerlərini tərk etməyə, əmlakının xeyli hissəsini şəhərlərdə qoyub getməyə, vərdiş etmədikləri şəraitdə yerləşib yaşamağa vadar olacaqlar. Olduqca vacibdir, hamı başa düşsün ki, adamların həyatını xilas etmək naminə bu çətinlik və məhrumiyyətlərə tab gətirmək lazımdır və buna görə də müəyyən olunmuş davranış qaydalarına riayət etmək, vəzifəli şəxslərin sərəncamlarını yerinə yetirmək, bu mürəkkəb tədbirlərin həyata keçirilməsində onlara kömək göstərmək hər bir vətəndaşın borcudur. Kənd rayonlarının əhalisi isə, köçürülüb gətirilmiş şəhər əhalisinin həyat şəraitinin təmin olunması: radiasiya əleyhinə daldalanacaqlar düzəldilməsi, tənəffüs üzvlərini qoruyan ən sadə mühafizə vasitələri hazırlanması, ictimai binaların yaşayış yeri kimi uyğunlaşdırılması, əlaltı materiallardan məişət əşyaları (çarpayı, kürsü, döşək və s.) düzəldilməsi işlərində fəal iştirak etməli, yardım göstərməlidir.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin