Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə55/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   63
Mülki müdafiə mühazirələr.

Təsərrüfat sahələrinin işinin dayanaqlığı dedikdə – mümkün dağıntı şəraitində obyektlərin bəzi hissələrinin sıradan çıxması və bu zaman sənaye əlaqələrinin pozulması hallarında, ölkə əhəmiyyətli məhsulun istehsalını saxlamaq və təmin etmək qabiliyyəti nəzərdə tutulur.

Respublika təsərrüfat fəaliyyətinin dayanaqlığı dedikdə isə ümumiyyətlə onun müdafiə və təsərrüfat üçün tələb olunan səviyyəni saxlamaq qabiliyyəti nəzərdə tutulur.

Təsərrüfat sahələrinin və obyektlərin dayanaqlıq anlayışı birinci növbədə onların FH zamanı, planlaşdırılmış məhsuldarlığı saxlamaq qabiliyyətini təmin etməkdir. Lakin nəzərə almaq lazımdır ki, bu cür dayanaqlığın əsas tərkib hissəsi, təbii fəlakət, sənaye qəzaları və müasir silahların zədələyici amillərin təsirinə qarşı hər bir obyekt və sənaye kompleksinin fiziki dayanaqlığıdır.

Məlumdur ki, obyektlərin dayanaqlı işinə müxtəlif amillərtəsir edə bilər. Bunlardan ən əsasları aşağıdakılardan ibarətdir:



  • fəhlə və qulluqçuların mümkün zədələnmələrdən etibarlı mühafizəsi;

  • sənaye kompleksinin dayanaqlığı (binalar, qurğular, avadanlıqlar, energetika qurğuları, kommunukasiya xətləri və s.)

  • obyektin planlaşdırılmış məhsul üzrə lazımi təchizatı (xammal, yanacaq komplektləşdirici hissələr, elektrik enerjisi, su, qaz, istilik) və başqa sənaye müəssisələri ilə (xammalla təchiz edən və hazır məhsulu tələb edən) əlaqəsinin davamlılığı.

  • sənayenin və MM qüvvəsinin önəmli idarə olunması – onu qeyd etmək lazımdır ki, bu məsələ təkcə obyekt miqyasında deyil təsərrüfat sahəsi və ölkə miqyasında həll olunur. Bununla əlaqədar olaraq dövlət FH komisiyası və vahid avtomatlaşma, məlumaların yığılması və işlənməsi üzrə vahid ümumdövlət sistemi yaradılmışdır;

  • obyektlərin ikinci zədələnmə amillərindən (yanğından, partlayışdan, su basmasından, güclütəsirli zəhərli maddələrin təsirindən və s.) mühafizəsi;

  • obyektin zəif və orta dağıntı aldığı zamanı xilasetmə və digər təxirə salınmaz işlərin aparılmasına hazırlığı;

  • obyektin vaxtında hərbi rejiminə keçməsi.

Bundan başqa FH zamanı obyektin dayanaqlı işinə, onun yerləşdiyi rayon, obyekt daxili planı, obyekt ərazisində tikintilər və s. təsir edə bilər.

Fövqəladə vəziyyət zamanı müəssisələrin fəaliyyətinin dayanaqlığının yüksəldilməsi məsələsi aktual və vacib məsələlərdən biri olaraq o, bütün obyektlər və təsərrüfatın hər sahəsi üçün əhəmiyyətlidir. Belə ki, təsərrüfat obyektləri bir-biri ilə sıx əlaqəli olub biri digərini tamamlayır, onların normal fəaliyyəti ölkənin qüdrətini möhkəmləndirir. Burada əsas diqqət əhalinin tələbatı üçün lazım olan və hərbi məhsul istehsal edən sənaye sahələrinə yönəldilməlidir.

Obyektlərin və təsərrüfat sahələrinin dayanaqlığının yüksəldilməsi məsələsini həll edərkən, uyğun normativ sənədlərlə təsdiq olunmuş və MM-nin tələbinə əsasən ciddi mühəndis-texniki hesabat aparılmalıdır. Məsələn, “Seysmik rayonlarda layihələşdirmə normaları” (İnşaat nor-maları və qaydaları – İN və Q-II-7-81, mülki müdafiə mühəndis-texniki tədbirlərinin layihələşdirmə normalarını müəyyən edən İN və Q-II-11-77 və digər sənədlər məhz bu sahə üzrə görülməli işlərə zəmin yaradan sənədlərdir.

Həmçinin onu da qeyd edək ki, həmin tədbirlərdən bir çoxunun icrası üçün xeyli vəsait, vaxt, işçi qüvvəsivə mütəxəssislər tələb olunur. Sahələrin iqtisadi inkişafı planlarında öz əksini tapan belə tədbirlər müvafiq nazirliklər, şirkətlər və idarələr tərəfindən təşkil edilib həyata keçirilməlidir. Mülki müdafiə orqanlarının vəzifəsi isə istehsalatın tərkib hissələrinin – işçi qüvvəsinin, avadanlıqların, xammalın, hazır məhsulların mühafizəsinə yönəldilmiş mühəndis-texniki və digər tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsində iştirak etməkdir.




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin