Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri


HÜCEYRƏ ZƏDƏLƏNMƏSİNİN ƏLAMƏTLƏRİ



Yüklə 73,29 Kb.
səhifə12/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   39
III mövzu (1)

HÜCEYRƏ ZƏDƏLƏNMƏSİNİN ƏLAMƏTLƏRİ

Hüceyrə zədələnməsinin əlamətlərini şərti olaraq 2 qrupa bölmək olar: spesifikqeyri-spesifikəlamətlər.



Hüceyrə zədələnməsinin qeyri-spesifikəlamətlərinə hüceyrə asidozu, hüceyrəödemi, zülalların denaturasiyası, fermentlərin aktivliyinin artması və bir sıra hüceyrədaxili fermentlərin (AlAT, AsAT) plazmada aşkar edil­məsi, LPO məhsullarının (malon dialdehidləri, dien konyuqatları və s.) art­ması, hüceyrənin sorbsiya (udma) qabiliyyətinin artması və rəngləyici boyalarla daha intensiv boyanması, zədələnmə potensialının əmələ gəlməsi və hüceyrənin elektrik impedansının zəifləməsi və s. aiddir. Hüceyrə zədələnməsinin spesifik əlaməti isə yalnız bir zədələyici amil üçün səciyyəvi olan əlamətdir. Məsələn, yüksək temperaturun, qatı turşu və qələvilərin təsirindən yaranan yanıqlar zamanı spesifik əlamət zülalların denaturasiyasıdır. Kim­yəvi zədələnmələr zamanı müəyyən bir fermentin aktivliyinin dəyişməsi də spesifik əlamət kimi təzahür edir. Belə ki, fosforlu üzvi birləşmələrin təsi­rindən xolinesteraza fermentinin, sianidlərin təsirindən sitoxromoksidazanın fəallığı kəskin azalır. Monoyodsirkə turşusu qlikoliz prosesini ləngidir. Flo­ridzin böyrək kanalcıqlarının epitel hüceyrələrində heksokinaza fermentinin aktivliyini azaltmaqla qlükozanın fosforlaşmasını pozur. Tərkibinə arsen daxil olan döyüş zəhərləri (lyuzit) piruvatoksidazanı inaktivləşdirir. Əqrəb zəhəri natrium-kalium nasosunun işini pozur. İlan zəhəri və qazlı qanqrena mikroblarının toksinləri membran lipidlərində həll olmaqla bir sıra hidrolitik fermentlərin aktivliyini dəyişikliyə uğradır.


Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin