235.Əsas fondların yenidən qiymətləndirilməsi və onların ilkin dəyərlərinin təshilindən alınan dəyər belə adlanır: A) amortizasiya dəyəri.
B) qalıq dəyəri;
C) bazar dəyəri;
D) vasitəçi dəyəri;
E)) bərpa dəyəri;
236.Əsas fondların qalıq dəyəri nədir: A)) ilkin dəyəri ilə amortizasiyası məbləğinin fərqi;
B) gəlirlə ilkin dəyərin fərqidir;
C) gəlirlə maya dəyərinin fərqidir;
D) ilkin dəyərlə bərpa dəyərinin fərqidir;
E) ilkin dəyərin bərpa dəyərinə nisbətidir.
237.Əsas fondların ilkin dəyəri ilə qalıq dəyərinin arasındakı fərqin əmələ gətirdiyi kəmiyyət belə adlanır: A)) köhnəlmə məbləği;
B) köhnəlmə əmsalı;
C) köhnəlmə faizi;
D) köhnəlmə səviyyəsi;
E) köhnəlmə tutumu.
238.Əsas fondların fiziki cəhətdən qismən köhnəlməsini aradan qaldırmağın yolları bunlardır: A)) cari və əsaslı təmir;
B) satışa çıxarmaq;
C) daimi nəzarətdə saxlamaq;
D) avadanlıqları dəyişdirməklə;
E) xarici mütəxəssislər dəvət etməklə.
239.Əsas fondların yeniləşdirilməsi üçün maliyyə mənbəyi belə adlanır: A)) amortizasiya fondu;
B) müəssisənin gəliri;
C) borc vəsaiti;
D) müəssisə rəhbərinin xüsusi fondu;
E) sosial müdafiə fondu.
240.İllik amortizasiya norması illik amortizasiya məbləğinin nəyə %-lə ifadəsi hesablanır: A)) əsas fondların ilkin dəyərinə;
B) əsas fondların qalıq dəyərinə;
C) əsas fondların sayına;
D) müəssisənin ümumi gəlirinə;
E) müəssisənin istehsal xərclərinə.
241.Sənaye müəssisələrində istehsal gücünə təsir edən amillərdən hesab edilmir: A)) işləyən işçilərin sayı;
B) istehsalın ictimai təşkili formaları;
C) istehsal avadanlıqlarınin sayı;
D) texnoloji istehsal üsulunun mütərəqqilik dərəcəsi;
E) texniki mükəmməllik səviyyəsi.