177. Qarşılıqlı əlaqədə olan əmək və təbii proseslərin məcmuu belə adlanır. A)) İstehsal prosesi
B) Maddi proses
C) Istehsal gücü
D) Texnoloji proses
E) Texniki proses
178. İstehsal prosesinin təşkilinin növləri belədir. A)) Vaxta və məkana görə
B) Vaxta və keyfiyyətə görə
C) Vaxta və kəmiyyətə görə
D) Məkana və keyfiyyətə görə
E) Məkana və kəmiyyətə görə
179. Fərdi istehsal, seriyalı istehsal, kütləvi istehsal hansı təsnifata görə bölgünü ifadə edir:
A)) İstehsal prosesinin istehsalın təşkili tipinə görə
B) İstehsal prosesinin əhatə dairəsinə görə
C) İstehsal prosesinin inkişaf səviyyəsinə görə
D) İstehsal prosesinin istelakçının tələbinə görə
E) İstehsal prosesinin məhsulun istifadə səviyyəsinə görə
180. İstehsal proseslərinin axınlı, dəstəli və fərdi proseslərə bölünməsi belə adlanır. A)) İstehsalın təşkili üsuluna görə bölünməsi
B) İstehsalın məhsulun istifadə səviyyəsinə görə bölgüsü
C) İstehsalın təşkili tipinə görə
D) İstehsalın təşkili qurluşuna görə
E) İstehsalın mürəkkəblik səviyyəsinə görə
181. İstehsalın təşkilinin dəstəli üsulunun əlamətlərinə aiddir. A)) Bir iş yerinə bir neçə əməliyyatların təhkimi
B) Ayrı-ayrı əməliyyatların icrası üçün iş yerlərinin ixtisaslaşması
C) İstehsal proseslərinin çoxsaylı əməliyyatlara bölünməsi
D) Yeni texnologiyaların hazırlanması
E) Geniş ixtisaslı fəhlələrdən istifadə
182. İstehsalın təşkilinin fərdi üsulunun fərqləndirici xüsusiyyətlərinə aid olmayanı. A)) Bir neçə növ materialın eyni zamanda emalı
B) İriləşdirilmiş texnologiyaların hazırlanması
C) Universal avadanlıqlardan istifadə
D) Yüksək ixtisaslı avadanlıqlardan istifadə
E) İcra olunan işin əsasən əl əməyi ilə yerinə yetirilməsi
183. İstehsal tsikli nəyi ifadə edir? A)) Xammalın hazır məhsula çevrilmə vaxtını
B) Xammalın əməliyyatlar arası keçid vaxtını
C) Xammalın ehtiyatda saxlanma vaxtını
D) Xammalın alınmasının kredit vaxtını
E) Xammalın bazar sisteminə daxil olma vaxtını