320. Aşağıdakılardan hansı texnoloji hazırlıq mərhələsinə aiddir? A))marşrut texnologiyasının hazırlanması;
B)yeni məhsulun istehsalının maddi-texniki resurslarla təmin olunması;
C)texniki layihənin hazırlanması;
D)texniki təklifin hazırlanması;
E)eskiz layihəsinin hazırlanması.
321. Aşağıdakılardan hansı texnoloji proseslərin layihələndirilməsinə aiddir? A))avadanlıqların seçilməsi və sex meydançalarında quraşdırılmasının layihələndirilməsi;
B)texniki layihənin hazırlanması;
C)avadanlıqların orta təmirinin həyata keçirilməsinin layihələndirilməsi;
D)texniki şərtlərin hazırlanması;
E)eskiz layihəsinin hazırlanması.
322. Məhsulun hazırlanmasının səmərəli variantını seçərkən hansı iqtisadi göstərici əsas hesab edilir? A))texnoloji maya dəyəri
B)sex maya dəyəri
C)əmək məhsuldarlığı
D)əmək tutumu
E)istehsal maya dəyəri
323. Aşağıdakılardan hansı layihə tapşırığında əks olunmur? A))məhsulun satış bazarları
B)məhsulun təyinatı
C)məhsulun tətbiq sahəsi
D)məhsulun istehsal və istismar prosesində texniki və iqtisadi göstəriciləri
E)məhsulun adı
324. Aşağıdakılardan hansı konstruktor hazırlığının nəticəsinə aid deyildir? A))məhsulların nomenklaturası
B)kimyəvi məhsulların resepti
C)hazır məhsulların nümunələri
D)çertyoclar
E)materialların spesifikasiyası
325. Eskiz layihəsi: A))məmulatın quruluşu və iş prinsipi haqqında ümumi anlayış verən prinsipial konstruktiv həllərin və onun xarakteristikasının əks olunduğu ilkin konstruktor sənədlərinin məcmusudur
B)layihənin işlənməsi məqsədəuyğunluğunun texniki və texniki-iqtisadi əsaslandırılmasını əks etdirən konstruktor sənədələrinin məcmusudur.
C)hazırlanan məmulatın quruluşu haqqında tam təsəvvür verən son texniki işləmələrin və işçi sənədlərin hazırlanması üçün əsas məlumatların əks olunduğu konstruktor sənədlərinin məcmusudur.
D)məhsula, onun hazırlanmasına, istehsalına nəzarətinə, qəbuluna və göndərilməsinə olan bütün tələblərin əks olunduğu sənədlərin məcmusudur
E)məhsulun satış bazarları, istehsal həcmi, maya dəyəri, qiymətinin əks olunduğu sənədlərin məcmusudur