a) Birinci variantda, yəni “Аvtomatlaşdırılmış texnologiya №1…”- in istifadəsi zamanı son mərhələni mütəxəssis həyata keçirir və nəticə tekst halında təqdim olunur;
b) İkinci variantda, yəni “Аvtomatlaşdırılmış texnologiya №2…”- də isə bütün iş prosesi nəticə də daxil olmaqla tam avtomatlaşdırılmışdır və 1÷2 saat ərzində başa çatır. Son mərhələdə isə nəticə (“Nəticə” – “Rəhbərliyə qeydiyyat məlumatı”) cədvəl və kartoqrafik şəkildə təqdim olunur. Bizim fikrimizcə, bu günkü gün səhvlərimizin səbəbləri aşağıdakılardır:
Azərbaycanda seysmokimyəvi müşahidə stansiyalarının sayının az olması (6 stansiya)
digər seysmik cəhətdən təhlükəli regionlarda transregional seysmokimyəvi müşahidə stansiyalar şəbəkəsinin yaradılması;
SFD monitorinqin aparılması və təşkilində Azərbaycanda AMEA-nın nəzdindəki “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin təcrübəsindən yararlanmağı və “on-line”rejimdə faktiki materialların emalı və interpretasiyası üçün işlənmiş “Аvtomatlaşdırılmış texnologiyalar №1 və №2…”- metodlarından istifadə etməyi tövsiyə edərdik.
2016- cı ildə yuxarıda qeyd olunan hər 2 “Аvtomatlaşdırılmış texnologiyalar №1 və №2…”- nin vasitəsi ilə planetin bir çox seysmoaktiv zonalarında baş vermiş güclü zəlzələlərin (mb≥5) seysmik proqnozlarında alınan nəticələrin dürüstlüyü 80-÷85 %- ə çatmışdır.
Biz dünyanın müxtəlif regionlarında (“Dünyada seysmikliyin məlumat bazası”-Rusiya, Obninsk ş.; və Xəzər dənizində, Azərbaycan və həmsərhəd ölkələrin ərazisindəki seysmik aktivlik sasında “Kinemetrix”məlumat bazası-Azərbaycan, Bakı ş.) seysmiklik haqqındakı faktiki materiallarla bizim, zəlzələlərin operativ proqnozumuz haqqındakı məlumatların müqayisəsini cədvəl şəklində nəzərinizə çatdırırıq.
Regionlar üzrə düzgün proqnozların statistikası (03.01.2016÷26.10.2016) 1.Xəzər dənizı (ml≥3.0); Azərbaycan (ml≥3.0);2. Qonşu olkələr a)Qafqaz(ml≥4.0); Rusiya-Dağıstan, Gürcüstan, Ermənistan; b) Türkiyə, İran (mb≥5.0), 3. Hinduquş seysmik zonası (mb≥6.0, h≥90km), 4. Planetar (mb≥6.5)-İndoneziya, Yaponiya, Çili, Filippin.
Zəlzələ Kataloqlarının məlumatları əsasında:”KİNEMETRİX” (RSXM ZƏLZƏLƏ TƏDQİQATLARI BÜROSU)