Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında



Yüklə 46,79 Kb.
səhifə8/13
tarix25.04.2023
ölçüsü46,79 Kb.
#102629
1   ...   5   6   7   8   9   10   11   12   13
292 mülki dövriyəsi

15. xvi

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən olunmuş milli əlaqələndirici institutun qərarı nəzərə alınmaqla)

16.xvii

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

17xviii

Məsafədən idarə edilən pilotsuz uçan aparatlar

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla)[20])

18.xix

İnsan orqanı və (və ya) toxumaları (alqı-satqısı istisna olmaqla) [22]  ( 1 avqust 2022)



Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi



Qeyd: Siyahının 1-ci, 2-ci, 3-cü, 6-cı, 8-ci, 9-cu və 11-ci bəndlərində göstərilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların idxal-ixrac əməliyyatları “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi haqqında Qaydalar”ın 7-ci bəndinə əsasən müstəsna olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları əsasında həyata keçirilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



  1. 31 oktyabr 2005-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 918)

  2. 25 may 2006-cı il tarixli 410 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 408)

  3. 14 mart 2007-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 232)

  4. 16 avqust 2007-ci il tarixli 617 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 765)

  5. 31 yanvar 2008-ci il tarixli 703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 7)

  6. 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

  7. 5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163)

  8. 25 iyun 2013-cü il tarixli 926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 654)

  9. 10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

  10. 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

  11. 31 oktyabr 2014-cü il tarixli 335 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1220)

  12. 14 iyul 2015-ci il tarixli 561 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 iyul 2015-ci il, № 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 829)

  13. 13 yanvar 2016-cı il tarixli 723 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 14 yanvar 2016-cı il, № 08, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 45)

  14. 23 iyun 2016-cı il tarixli 943 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 29 iyun 2016-cı il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1039)

  15. 10 avqust 2016-cı il tarixli 1014 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1375)

  16. 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)

  17. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170)

  18. 3 noyabr 2017-ci il tarixli 1657 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 noyabr 2017-ci il, № 243)



FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

i 16 avqust 2007-ci il tarixli 617 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 765) ilə 2.6-cı bənddə ikinci cümlədə “qanunvericiliyə uyğun olaraq” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.



ii 31 oktyabr 2014-cü il tarixli 335 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1220) ilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın 3.2-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.2. Xüsusi icazə sahiblərinin fəaliyyətinin əşyaların dövriyyəsinin şərtlərinə uyğunluğunun yoxlanılması, bir qayda olaraq, ildə bir dəfə növbəti yoxlamalar və müvafiq səlahiyyətli dövlət orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin müraciətləri əsasında növbədənkənar yoxlanıla bilər. Növbəti və növbədənkənar yoxlamaların keçirilməsi qaydası, habelə növbədənkənar yoxlamaların keçirilməsinin əsasları qanunvericiliklə müəyyən edilir.



iii 16 avqust 2007-ci il tarixli 617 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 765) ilə 5.3-cü bənddə “qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada” sözləri “qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilmişdir.


Yüklə 46,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin