Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Mülki Müdafiə təbliğatının məqsədləri aşağıdakılardır



Yüklə 0,73 Mb.
səhifə25/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   21   22   23   24   25   26   27   28   ...   90
Mülki müdafiə-converted

Mülki Müdafiə təbliğatının məqsədləri aşağıdakılardır:

  1. Mülki müdafiə sistemi və onun rolu barədə əhali arasında düzgün təsəvvürün yaradılması. Ölkənin hər bir vətəndaşı bilməlidir ki, canının və malının mühafizəsi ona konstitusiya ilə verilmiş əsas sosial hüquqlardan biridir və buna dövlət tərəfindən təminat verilir. Dövlətin bütün orqanları mühafizə tədbirlərində fəal iştirak etməklə yanaşı, bunun üçün qanun qarşısında məsuliyyət daşıyırlar.

  2. Əhalinin Mülki Müdafiə sahəsində aldığı biliklərin möhkəmləndirilməsi. Mülki Müdafiə biliklərinin təbliği, hərbi vətənpərvərlik tərbiyəsinin ayrılmaz tərkib hissəsi olduğu üçün bunlar kompleks halda təbliğ edildikdə, əhali Mülki Müdafiə biliklərinə daha yaxşı yiyələnir, düşmənin müasir qırğın silahlarını və onlardan mühafizə üsullarını öyrənə bilir. Buna görə də təbliğat işi elə təşkil edilməlidir ki, Mülki Müdafiə biliklərinin öyrənilməsi, hərbi vətənpərvərlik tərbiyəsinin təbliği ilə üzvi surətdə vəhdət təşkil etsin.

  3. Mülki Müdafiə tədbirlərinin zəruriliyində, onun xilasedici imkanlarına əhalidə möhkəm inamın yaradılması. Əhali bilməlidir ki, Mülki Müdafiə mütəxəssisləri tərəfindən müəyyən olunmuş qaydalara dəqiq əməl etməklə, ən mürəkkəb şəraitdə belə itkiləri minimuma endirmək mümkündür.

  4. Əhali arasında siyasi sayıqlığın artırılması. İstənilən şəraitdə belə yüksək mütəşəkkilliyin göstərilməsi, təxribatlara və panikaya qarşı sayıq olmağın vacibliyinin hər bir insanın şüuruna çatdırılması.

  5. Fövqəladə hadisələrə əhalinin mənəvi-psixoloji cəhətdən hazırlanması. Mənəvi-psixoloji tərbiyə dedikdə: qorxu hissinə qalib gəlmə bacarığı, təhlükə zonasında müəyyən olunmuş normalara riayət etmək, mütəşəkkillik göstərmək, təmkinli, cəsarətli, fədakar, iradəli və sədaqətli olmaq, insanlar arasında ünsiyyətin möhkəmləndirilməsi, mehribançılığın yaradılması, mənəvi ruhun yüksəldilməsi, qarşılıqlı köməkliyin təşkili və digər müsbət cəhətlərin tərbiyə olunması nəzərdə tutulur.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin