Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə51/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   47   48   49   50   51   52   53   54   ...   97
Mülki müdafiə-converted

7. GÖZ YAŞARDICI ZM
 
Xlorpikrin (CCI
3
NO
2
) – hələ 1848-ci ildən məlumdur. Xlorpikrin 
tənəffüs orqanlarını və gözün selikli qişasını qıcıqlandırır. Bundan əlavə 
xlorpikrin ürəkbulanma və qusma, yüksək qatılıqda isə boğucu təsir 
göstərir. Xlorpikrin təmiz halda rəngsiz, xoşagəlməz iyə malik mayedir. 
Xüsusi çəkisi 1,658 q/m
3
-dir. Texniki xlorpikrin isə sari-qəhvəyi rəngli 
mayedir. Xlorpikrinin qaynama temperaturu 128
0
C-dir, suda çətin, üzvi 


həlledicilərdə isə yaxşı həll olur. Uçuculuq qabiliyyətinə malikdir. Onun 
buxarları 5,7 dəfə havadan ağırdır. Hətta suda qaynatdıqda belə o, 
parçalanmır. 
Deqazasiya: qələvilərin və natrium sulfidin spirtdə və yaxud su-spirt 
məhlulları ilə mümkündür. 
Xlorasetofenon – sarı kristal halında olan bənövşə iyinə malik çox 
güclü zəhərli maddədir. İlk dəfə 1871-ci ildə alınmışdır. Ərimə 
temperaturu 50-80
0
C, qaynama temperaturu 245
0
C-dir. Xüsusi çəkisi 
1,32 q/sm
3
-dir. Suda demək olar ki, həll olmur, üzvi həlledicilərdə yaxşı 
həll olur. Qələvilərin suda məhlulları xlorasetofenonu hidrolizləşdirir. 
Toksiki xassələri: bu maddənin xırda tozcuqları gözün selikli və 
buynuz qişalarına düşərsə, nəm qişada olan sinir uclarını ara kəsilmədən 
qıcıqlandırır və bunun nəticəsində yaşaxma baş verir. Zəhərlənmə 
əlamətləri adətən dərhal başlanır və 10-15 dəq. sonra maksimum həddə 
çatır. Gözyaşı ilə birlikdə ağrı, sancı, gicişmə hissi və tez-tez göz qırpması 
baş verir. Zəif qatılıqlarda zəhərlənmələr bu əlamətlərlə qurtarır. Yüksək 
dozalarda isə göz qapaqlarının şişməsi, göz almasının qızarması, şişkinliyi, 
kəskin işıqdan qorxma, görmə qabiliyyətinin zəiflənməsi müşahidə olunur. 
Yüksək qatılıqda xlorasetofenon ürək fəaliyyətinin pozulmasına, ağ 
ciyərlərin iltihabına və dərinin zədələnməsinə səbəb ola bilər. 
Təsiredici dozası 0,0003 mq/l-dir. 0,05 mq/l qatılıqda xlorasetofenon 
ilə zəhərləndikdə ağ ciyərlərdə şiş əmələ gəlir. 0,1 mq/l qatılıqda isə dəriyə 
təsir göstərir. 0,85 mq/l qatılıqda insan əleyhqazsız olarsa, 10 dəqiqə 
ərzində ölə bilər. 
Mühafizə – Fərdi mühafizə vasitələri ilə. Deqazasiya: xlorasetofenonla 
zəhərlənmiş yerləri və əşyaları Natrium sulfidin 10%-li suda məhlulu ilə 
qələvi əlavə etməklə neytrallaşdırırlar. 
İlk yardım: ən əvvəl zədələnmiş şəxsə əleyhqaz geydirib təmiz havaya 
çıxarmaq lazımdır. Sonra gözlər adı su ilə təmiz yuyulur, yaxşı olar ki, 
birinci sutkada gözlər 2% çay sodası ilə yuyulsun. Şiddətli yaşaxmada 
gözə 1-2 damcı 1,0% atropin tökülməlidir. Bərk ağrılarda isə 1,0% diamin 
kodein və ya 2% novokaindən istifadə edilir. Göz gicişərkən ona əl 
vurmaq olmaz çünki gicişən yerə əl vurduqda qıcıqlanma kəskinləşir 
həmçinin gözə infeksiya da keçə bilər. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin