Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Güclü təsirli zəhərləyici maddələr (GTZM)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə52/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   48   49   50   51   52   53   54   55   ...   97
Mülki müdafiə-converted

 
Güclü təsirli zəhərləyici maddələr (GTZM) 
Hazırda dünyada 20 mln. artıq kimyəvi birləşmə məlumdur. Bu geniş 
kimya aləmindən bizi istehsalatda və məişətdə 100-dən çox Güclü Təsirli 
Zəhərləyici Maddələr (GTMZ) əhatə edir. Bir çox belə maddələr 


istehsalatın ayrılmaz hissələri olmuşlar. Respublikamızın bəzi təsərrüfat 
obyektlərində GTZM-dən bilavasitə istehsal məqsədi üçün, yada 
istehsalatla əlaqədar olan müxtəlif proseslərin təmin edilməsi üçün istifadə 
edilir. 
GTZM təsərrüfat məqsədləri ilə işlədilən elə kimyəvi maddələrə 
deyilir ki, onlar ətrafa dağılarkən və ya yayılarkən havanın zədələyici 
konsentrasiyalarda zəhərlənməsinə səbəb olur. GTZM-in, onlar saxlanılan 
tutumlardan və qablardan kənara axması, həm dinc dövrdə qəzalar 
nəticəsində, həm də müharibə vaxtı nüvə partlayışının zərbə dalğasından 
və adi basqın vasitələrinin bilavasitə təsirindən və ya təxribat yolu ilə 
GTZM avadanlığının dağılması nəticəsində baş verə bilər. Kimyəvi 
maddələr istehsalı zamanı baş verən qəzalar adətən partlayışlar və 
yanğınlarla müşayiət olunur. Bunlar isə çox vaxt yanma və kimyəvi 
maddələrin natamam parçalanması nəticəsində yeni GTZM yaranmasına 
və atmosferin çirklənməsinə səbəb olub, qəza vəziyyətini daha da 
mürəkkəbləşdirir, həmçinin zəhərlənmə zonasına gəlmiş şəxsi heyətin 
mühafizəsi üçün əlavə tədbirlər görülməsini tələb edir. 
Kimya, neftayırma, neft kimyası, yeyinti sənayesi və digər sənaye 
sahələrinin müəssisələrində çoxlu miqdarda texnoloji və yardımçı 
avadanlıqlar açıq halda yerləşir ki, bu da onların cürbəcür silah növlərinin 
təsirindən xeyli dərəcədə dağılmasına səbəb ola bilər. Beləliklə, düşmənin 
nüvə və ya adi silahla havadan zərbələri nəticəsində yaranan qəzalar 
zamanı kimyəvi maddələr istehsal edən obyektlərdə GTZM ətrafa axması 
mümkündür. Belə hallarda ikinci zədələnmə ocaqları yaranır. 
Kimyəvi təhlükəli obyektlərə aşağıdakılar aid edilə bilər: - kimya, 
neft emalı, neft kimyası sənayesinin və onlarla əlaqədar olan digər sənaye 
sahələrinin müəssisələri; - suyu təmizləmək üçün xlordan istifadə edilən su 
kəməri və su təmizləmə qurğuları; - soyuducu maddə olaraq 
ammonyakdan istifadə olunan soyuducu qurğulara malik müəssisələr, ilk 
növbədə yeyinti sənayesi (meyvə-tərəvəz, ət-yağ, balıq və digər ərzaq 
ehtiyatlarını) saxlayan nazirliklərin və idarələrin soyuducu qurğuları və 
bazaları; - GTZM daşıyan nəqliyyat vasitələrinin dayanması üçün xüsusi 
yerləri olan dəmir yolu stansiyaları; - taxıl və taxıl məmulatı anbarlarının 
dezinfeksiya və deretizasiya edilməsi üçün zəhərli maddələr ehtiyatları 
saxlanılan xüsusi anbar və bazalar; - kənd təsərrüfatında işlədilən 
kimyəvi maddələr ehtiyatı saxlanılan anbarlar və bazalar.
Respublikamızın təsərrüfatında ən çox işlədilən bəzi güclü təsirli 
zəhərli maddələri nəzərdən keçirək. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin